Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib
18:59 24.09.2024
İqtisadiyyat
646
COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT Baş Assambleyasının 79-cu sessiyasında Yüksək Səviyyəli Həftəsi çərçivəsində keçirilən "Qlobal Bərpa Olunan Enerji Sammitin"də çıxış edib.
"Report"un ABŞ bürosu xəbər verir ki, o, çıxışında Azərbaycanın COP29 fəaliyyət gündəliyində enerjiyə böyük diqqət yetirildiyini və COP28 Dubayda qəbul edilmiş qərarlarla bağlı nəzərdə tutulmuş bir sıra layihələr hazırlandığını vurğulayıb:
"COP28-də BƏƏ Konsensusu mühüm nailiyyət əldə etdi və bizim üçün möhkəm zəmin yaratdı. Enerji keçidlərinə dair çağırışları ədalətli və nizamlı şəkildə yerinə yetirmək məqsədi ilə biz gələcəyin bərpa olunan enerji sistemlərini yaratmaq üçün birlikdə işləməliyik".
Nazir COP29 çərçivəsində bərpa olunan enerjiyə keçidlə bağlı Azərbaycanın irəli sürdüyü təşəbbüslər barəsində qonaqları məlumatlandırıb: "Azərbaycanın təşəbbüskar olduğu Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi çərçivəsində əsas məqsəd qlobal enerjinin saxlanılması potensialını 2022-ci illə müqayisədə altı dəfə artıraraq 2030-cu ilə qədər 1 500 giqavata çatdırmaqdır. Öhdəlik götürən tərəflər enerji şəbəkələrini təkmilləşdirmək məqsədilə görülən qlobal səylər çərçivəsində 2040-cı ilə kimi 80 milyon kilometrdən çox enerji şəbəkəsini ümumi şəbəkə sisteminə əlavə etmək üçün bu sahəyə investisiya axınını artıracaq.
Təşəbbüskarı olduğumuz COP29-un Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyində investisiyaların təşviqi, iqtisadi artımın stimullaşdırılması, infrastrukturun inkişafı, modernləşdirilməsi və genişləndirilməsi, eləcə də regional əməkdaşlığın təşviqi ilə bağlı hədəflər olacaq".
M.Babayev beynəlxalq enerji agentlikləri və qlobal tərəfdaşlara səslənərək COP29-un Qlobal hədəflərini milli fəaliyyət planlarına çevirmək üçün kritik məqam olduğunu qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AMEA-nın strukturunda dəyişiklik edilib
13:26 20.11.2026
Elm və Təhsil
Ağdamın əsl dirçəlişi indi başlayır - ŞƏRH
13:21 20.11.2026
Gündəm
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
12:59 20.11.2026
Media
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
12:49 20.11.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
12:25 20.11.2026
Gündəm
SEPAH: Döyüşə hazırıq, coğrafi məhdudiyyət olmadan vuracağıq
12:15 20.11.2026
Dünya
Şahzadə Harri: Orduya qayıda bilərəm
11:47 20.11.2026
Dünya
Tramp: İran məsələsində tələsmirəm
11:27 20.11.2026
Gündəm
Xroniki tənhalıq demensiya riskini 38 faiz artırır
11:11 20.11.2026
Sağlamlıq
Fransa: Əsgərlərimiz zaman-zaman Ukraynada olub
10:59 20.11.2026
Gündəm
“Yuventus” Makkenninin transferinə icazə vermədi
10:56 20.11.2026
Futbol
Rektor qəzaya düşdü, akademik həyat yoldaşı ölüb
10:16 20.11.2026
Hadisə
Tramp tarixi üçtərəfli sammiti dəyərləndirdi: 10 üzərindən 12 bal
10:02 20.11.2026
Dünya
ABŞ Senatından Trampa İrana hücum dəstəyi gəldi
09:58 20.11.2026
Gündəm
Mossad rəhbəri ABŞ-ı İrana zərbələri bərpa etməyə çağırıb
09:57 20.11.2026
Dünya