
Diplomların tanınması - İmtahanlar neçə aparılacaq?
Diplomların tanınması - İmtahanlar neçə aparılacaq?
10:59 26.09.2024
Elm və Təhsil
1416
DİM-dən verilən məlumata görə, peşə tanınması üzrə növbəti imtahan elektron qaydada kompüter vasitəsi ilə 6 oktyabr 2024-cü il tarixində keçiriləçək.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş ərizəçilər oktyabrın 1-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.
İştirakçılar imtahana şəxsiyyəti təsdiq edən sənəd və imtahana buraxılış sənədləri gətirməlidirlər:
Ərizəçilər ixtisasları üzrə proqramla müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) keçid etməklə tanış ola bilərlər.
Təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi, məntiqi düşünmə və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.
İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.
Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycanda Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul sistemi mücərrəddir:

“Bir çox hallarda Azərbaycanda ali təhsil müəssisələrinə qəbul ola bilməyənlər, bəzi hallarda isə Azərbaycanda verilən ali təhsildən daha yaxşı, keyfiyyətli ali təhsil almaq üçün xaricə üz tutanların sayı ildən ilə artır. Xaricdə verilmiş ali təhsilə aid sənədlərin tanınması 1968-ci ildə Hardvard konvensiyası ilə tənzimlənir. 2023-cü ilə qədər bizdə xaricdə verilmiş ali təhsilə aid sənədlərin nastrifikasiya qaydaları var idi. Bu nastivkasiya qaydaları xaricdə təhsil almış şəxslərin sənədlərinin Azərbaycanda tanınması ilə bağlı süni maneələr yaradırdı. Lakin 3 fevral 2023-cü ildə Nazirlər Kabinetinin 34 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq olundu. Bu qaydalar kifayət qədər mütərəqqidir və beynəlxalq konvesiyalara uyğun qaydalardır. Xaricdə təhsil almış və diplomun tanınması ilə bağlı suni maneələrin olduğunu düşünmürəm. Əgər şəxslər doğurdanda təhsil alıbsa, onun sənədinin tanınması ilə bağlı heç bir maneə yoxdur. Bildiyimiz kimi Nazirlər Kabinetinin 34 nömrəli qərarına əsasən xaricdə təhsilini bitirib ölkəyə dönən şəxslər, Azərbaycan dilindən və bitirdiyi ixtisas üzrə DİM tərəfindən imtahan olunur. Sonda ali təhsilə aid olan diplom tanınır. İkinci addım isə, xaricdə oxuya - oxuya transfer etməyin mümkünlüyüdür. Bu zaman onun xaricdəki ixtisas üzrə aldığı kreditlərlə buradakı kreditlər uyğunlaşdırılır. Xaricdə verilmiş dərəcələrin tanınması Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət və Təminat Agentliyi tərəfindən həyata keçirilir".
Ekspertin sözlərinə görə , əvvəlki dövrlərə nisbətən hazırda proses tam şəffaf aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şahzadə Harri: Orduya qayıda bilərəm
11:47 20.11.2026
Dünya
Tramp: İran məsələsində tələsmirəm
11:27 20.11.2026
Gündəm
Xroniki tənhalıq demensiya riskini 38 faiz artırır
11:11 20.11.2026
Sağlamlıq
Fransa: Əsgərlərimiz zaman-zaman Ukraynada olub
10:59 20.11.2026
Gündəm
“Yuventus” Makkenninin transferinə icazə vermədi
10:56 20.11.2026
Futbol
Rektor qəzaya düşdü, akademik həyat yoldaşı ölüb
10:16 20.11.2026
Hadisə
Tramp tarixi üçtərəfli sammiti dəyərləndirdi: 10 üzərindən 12 bal
10:02 20.11.2026
Dünya
ABŞ Senatından Trampa İrana hücum dəstəyi gəldi
09:58 20.11.2026
Gündəm
Mossad rəhbəri ABŞ-ı İrana zərbələri bərpa etməyə çağırıb
09:57 20.11.2026
Dünya
Agentliyə yeni şöbə müdiri təyin olunub
09:36 20.11.2026
Elm və Təhsil
Bakıda gənc oğlan dostu tərəfindən bıçaqlandı
09:28 20.11.2026
Hadisə
QHT-lər üçün qrant müsabiqələri elan olundu - ŞƏRTLƏR
09:19 20.11.2026
Sosial
Bakının bir sıra yollarında tıxac yaranıb
08:57 20.11.2026
İnfrastruktur
Noyabrın 20-si üç BÜRC üçün xüsusi gün olacaq
08:48 20.11.2026
Sosial