
Putinin bəyanatında əsas mesaj aydındır
11:19 30.11.2024
Siyasət
790
Rusiya Cənubi Qafqazda güvənli müttəfiq kimi, sadəcə, Azərbaycanı görür və qiymətləndirir
"Hər bir ölkənin təhlükəsizlik sahəsində nə edəcəyini özü seçmək hüququ var”. Bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda keçirilən sammitində iştirak etməməsinə münasibət bildirərkən deyib. Rusiya rəhbəri qeyd edib ki, Ermənistan təşkilatdan çıxdığını elan etməyib. Putin əlavə edib ki, İrəvanın KTMT-də tamhüquqlu işə qayıtması ehtimalı qalır və Ermənistan təşkilatın sammitinin bütün sənədlərini dəstəkləyir. Rusiya lideri hesab edir ki, Ermənistanın KTMT-yə hazırkı münasibətini daxili siyasi problemlər və Qarabağ mövzusu diktə edir. Rusiya prezidenti vurğulayıb ki, KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi, çünki bu halda Ermənistana qarşı heç bir xarici təcavüz olmamışdı: "Düşünürəm ki, Ermənistanla KTMT arasında bugünkü vəziyyəti Ermənistandakı daxili siyasi problemlər diktə edir. Əlbəttə ki, bütün bunlar Qarabağdakı böhranın nəticələri ilə əlaqədardır. Lakin qeyd etmək istəyirəm ki, burada KTMT-lik bir şey yoxdur. Başa düşürsünüz? Mən bu barədə çox danışmışam. Baş verənlərin KTMT-yə heç bir aidiyyəti yoxdur. Ona görə ki, Ermənistanın özünə heç bir xarici təcavüz olmayıb. KTMT təşkilata üzv ölkəni xarici təcavüzdən qorumalıdır. Qarabağla bağlı baş verən hadisələrin öz spesifikası var. Axı Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımamışdı, onu öz dövlət sərhədlərinin perimetrlərinə daxil etməmişdi. Qarabağda baş verənlərin hüquqi nöqteyi-nəzərdən Ermənistana heç bir birbaşa aidiyyəti yoxdur. Ona görə də KTMT-nin bu əraziyə görə vuruşmalı olduğunu iddia etmək qəribədir".
Politoloq Fuad Abbasov "Sherg.az"a deyib ki, Rusiya Prezidenti V.Putin bənzər açıqlamanı 2020-ci ildə, 44 günlük müharibə zamanı dəfələrlə səsləndirib. Ekspert vurğulayıb ki, buna baxmayaraq, Ermənistan tərəfi bugünədək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını günahlandırmağa çalışır. KTMT-ni Azərbaycana qarşı heç bir addım atmamaqla suçlayır:

"Paşinyan Ermənistanın meydanda tək buraxıldığını iddia edir. Bu iddialara cavab olaraq Putin Astanada növbəti dəfə bu məsələyə toxunmağa ehtiyac gördü. Kreml rəhbəri növbəti dəfə vurğuladı ki, Azərbaycan öz torpaqlarında erməni quldurlarına, yəni heç kimin tanımadığı "respublika"ya qarşı mübarizə aparırdı. Putin bəyan etdi ki, Ermənistan ərazisinə müdaxilə olmayıb. Hərçənd, Ermənistan müharibə zamanı buna nail olmağa dəfələrlə cəhd göstərdi. Amma nail olmadı. Putin reallığı deməklə İrəvanın iddialarının haqsız olduğunu vurğulayır. Bəs nə üçün açıqlama üçün indiki zaman seçilib? Gürcüstanda hakim partiyaya qarşı etirazlar baş verir. Ermənistan 2018-ci ildən bu yana Rusiyaya qarşı fəaliyyət içindədir. Belə məqamda Putinin bəyanatı göstərir ki, Rusiya Cənubi Qafqazda güvənli müttəfiq kimi sadəcə Azərbaycanı görür və qiymətləndirir. Yəni öz cənub sərhədini Azərbaycana etibar etmiş kimi görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
18:15 14.09.2026
Sosial
Körpənizin ağlamasına bir az imkan verin!
18:03 14.09.2026
Cəmiyyət
Erməni nazir qondarma dövləti “diriltdi” -“Əcdadlarım ordandır”
17:44 14.09.2026
Region
11 aylıq Büşra körpə satılıb? Ananın etirafı, atanın təkzibi
17:11 14.09.2026
Hadisə
Ketrin Zeta-Cons Maykl Duqlasla 26 illik evliliyinin sirrini açıqladı
17:08 14.09.2026
Şou
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
16:59 14.09.2026
Cəmiyyət
KTMT Özbəkistanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir
16:18 14.09.2026
Dünya
Türkiyənin məşhur iş adamının olduğu təyyarə qəzaya uğradı
16:09 14.09.2026
Hadisə
Nazir dərs saatlarının dəyişdirilməsindən danışdı
16:05 14.09.2026
Elm və Təhsil
Azərbaycan dili fənninin dərs saatları artırılır
15:42 14.09.2026
Elm və Təhsil
Rusiya ordusu Ukraynada 3 yaşayış məntəqəsini nəzarətə götürüb
15:05 14.09.2026
Dünya
Yunanıstan nəhəngi Mauro İkardiyə rəsmi təklif göndərdi
14:58 14.09.2026
Futbol