Hökumətin əsas nümayəndələrindən biri təkid edirdi ki, biz Azərbaycanın şərtləri ilə müqavilə bağlamalıyıq, çünki ordumuzun Azərbaycana qarşı döyüşmək şansı yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan deyib.
O bildirib ki, Paşinyan “ordunu müqəddəsləşdirməmək”, eyni zamanda vergi ödəyicisini ölkənin qəhrəmanı elan etməyi təklif edir.
Onun fikrincə, bu söz cəmiyyətdəki ayrı-ayrı sosial zümrələri üz-üzə qoymaqdır.