ATƏT-in Baş katibi əvəzi: Ermənistanla Azərbaycan arasında sülh prosesinə dəstək verməyə hazırıq

“Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesinə dəstək verməyə hazırıq”.
APA xəbər verir ki, ATƏT-in Baş katibi əvəzi Keyt Firon qurumun Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında bildirib.

O əlavə edib ki, təmsil etdiyi qurum bu istiqamətdəki bütün prosesləri diqqətlə müşahidə edir:

“Ermənistanla Azərbaycan arasında sülh prosesini diqqətlə müşahidə edirik. Bildirmək istəyirəm ki, tərəflərin xahişi olarsa, biz də bu məsələyə öz dəstəyimizi göstərməyə hazırıq”.