Lavrov: Qrenlandiya Danimarkanın müstəmləkə mirasıdır

Qrenlandiya Danimarkanın təbii bir hissəsi deyil, onun müstəmləkə mirasıdır.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2025-ci ildə Rusiyanın diplomatik fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.

Lavrov vurğulayıb ki, ada bir vaxtlar nə Norveçin, nə də Danimarkanın təbii bir hissəsi olub.

"Qrenlandiya XII əsrdə Norveç müstəmləkəsi olub, XVII və XX əsrin əvvəllərində Danimarka müstəmləkəsinə çevrilib. Ötən əsrin ortalarında Qrenlandiyanın Danimarkanın bir koloniya kimi deyil, əlaqəli ərazi kimi bir hissəsi olacağı barədə razılaşma imzalanıb.

Oradakı sakinlərin indi buna öyrəşib-öyrənməməsi və rahat olub-olmaması başqa məsələdir. Lakin keçmiş müstəmləkə mülklərinin problemi getdikcə daha ciddiləşir".