Tramp ABŞ-nin NATO-dan çıxmasına işarə edib - AÇIQLAMA

Yeni seçilmiş prezident Donald Tramp ABŞ-nin NATO-dan çıxma ehtimalını etiraf edib. 
Sherg.az xəbər verir ki, siyasətçi bu barədə dekabrın 8-də "NBC News"-a müsahibəsində bildirib.

Tramp qeyd edib ki, əgər alyans “hesablarını ödəsə”, ABŞ NATO-nun bir hissəsi olaraq qalacaq. Bundan əlavə, o vurğulayıb ki, müttəfiqlər tərəfindən maliyyə öhdəliklərinin yerinə yetirilməsi Vaşinqtonun alyansda davamlı iştirakının əsas şərti olacaq.

Əvvəllər Tramp yerinə yetirilməmiş maliyyə vədlərinə görə NATO-nun fəaliyyətini dəfələrlə tənqid edib.

Bundan əvvəl, noyabrın 4-də NATO-nun baş katibi Mark Rutte bildirmişdi ki, alyans ABŞ-nin istənilən seçilmiş prezidenti ilə işləyəcək. Trampın qələbəsindən sonra o, noyabrın 7-də bildirib ki, Tramp NATO üzvlərindən müdafiəyə ÜDM-in 2%-dən çoxunu xərcləməyi tələb etməkdə haqlıdır və bunun gələcəkdə baş verəcəyinə söz verib.