Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir

Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir.
"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov iştirak edir.
Görüşdən əvvəl hökumət başçıları ənənəvi olaraq birgə foto çəkdiriblər.
Rusiyanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə MDB məkanında ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələləri daxildir.