
Berbok və Barronun Suriyaya birgə səfəri “burada bizdə varıq” mənası daşıyır -ŞƏRH
Yusif Nəzərli
10:37 04.01.2025
Dünya
464
Almaniya və Fransa XİN başçıları Annalena Berbok və Jan-Noel Barro Suriyaya birgə səfərə gediblər. Almaniyanın xarici işlər naziri Annalena Barbok Rusiya hərbi bazalarının Suriyanın Latakiya əyalətindən çıxarılmasını istəyib. Berbok Dəməşqə gözlənilməz səfəri zamanı deyib: “Rusiyanın Suriyadakı hərbi bazalarını tərk etməsinin vaxtı çatıb”. O, bunun Ərəb Respublikasının suverenliyinə hörmət olduğunu vurğulayıb. Bundan əlavə, XİN rəhbəri ölkənin yeni rəhbərliyini qadınların və etnik azlıqların nümayəndələrinin maraqlarını nəzərə almalı olan inklüziv hökumət formalaşdırmağa çağırıb.
Almaniya baş naziri Olaft Şolts da deyib ki, Almaniya hökuməti Suriyanın yeni hakimiyyət orqanları və ölkədəki digər müxalifət qrupları ilə danışıqlar aparır və sıx əlaqə saxlayır: “Biz Dəməşqdə hökumət işlərinin idarə edilməsini öz üzərinə götürənlərlə intensiv əlaqələr saxlayırıq. Biz bir çox başqa müxalifət qruplarla da intensiv danışıqlar aparırıq. Yeni hakimiyyət qonşuları ilə sülh şəraitində yaşayan çoxmillətli və çoxkonfessiyalı dövlət yaratmaq üçün bir yol tapmalıdır".
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Almaniya və Fransanın xarici işlər nazirləri Annalena Berbokun və Jan Noel Barronun Suriyaya birgə səfəri “burada bizdə varıq” mənası daşıyır:

"HTŞ lideri Əhməd əl-Şaraa hər iki nazirlə görüşüb. Suriya keçici hökumətinin siyasi dəstəklə yanaşı müxtəlif dövlətlərin maliyyə dəstəyinə də ehtiyacı var. Paytaxt Dəməşqin xaricində şəhərlərin az qala tən yarısı dağıntılar altındadır, su, qaz, elektrik, benzin yoxdur. Beynəlxalq təşkilatların ümumi rəyinə görə, Suriya infrastrukturunu bərpa etmək üçün ilkin mərhələdə 400 milyard dollara ehtiyacı var. Əlbəttə, Türkiyə Suriyada əsas oyunçuya çevrilib, ancaq Ankaranın qonşu ölkənin infrastrukturunu bərpa etmək üçün o qədər maliyyəsi yoxdur. Ona görə də Suriya keçici hökuməti maliyyə ayıra biləcək istənilən ölkə ilə əməkdaşlığa hazırdır. Təsadüfi deyil ki, Suriya keçici hökumətinin xarici işlər naziri ilk səfərini Səudiyyə Ərəbistanına edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm