Zaxarova: Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır
13:50 16.01.2025
Aktual
513
"Azərbaycan təyyarəsinin qəzaya uğraması faciəsi ilə bağlı Rusiya ilə Azərbaycan arasında bütün səviyyələrdə təmas qurulub".
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, Azərbaycanın təyyarəsinin qəzaya uğramasının Rusiya üçün də faciəvi hadisə olduğunu söyləyib: “Prezidentlərimiz iki dəfə telefon danışığı aparıblar. Xarici işlər nazirlərimiz danışıblar. Çox vacibdir ki, istintaq orqanları sıx əməkdaşlıq edir. Rusiya XİN başçısı Sergey Lavrovun illik mətbuat konfransında qeyd etdiyi kimi, baş vermiş hadisənin bütün faktlar və faktorlar nəzərə alınaraq hərtərəfli təhlili aparılır”.
Rusiya XİN sözçüsü vurğulayıb ki, qəza ilə bağlı hamıya həqiqət lazımdır: “Bizim hamımıza həqiqət lazımdır. Düşünürəm və inanıram ki, hər bir Azərbaycan vətəndaşına həqiqət lazımdır, deyə bilərəm ki, bu həqiqət heç bizim ölkəmizə də az lazım deyil. İndi bu həqiqəti axtarıb tapmaq üçün səyləri birləşdirmək vacibdir”.
Zaxarova KİV, messencerlər, sosial şəbəkələr vasitəsi ilə destruktiv məqsədlərlə istintaqın gedişatına kütləvi təsir cəhdlərinin müşahidə olunduğunu da söyləyib: "Bunlardan biri şəbəkələrdə guya Sergey Lavrov adından Azərbaycan diplomatlarına ünvanlanmış məktubdur. Biz bunu təkzib etdik. Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, bu "feyk" pis olmayan ingilis dilində tərtib olunmuşdu. Bunun arxasında kim dayanır? Bu, kimə lazımdır? Düşünürəm ki, bu, Rusiya ilə Azərbaycan arasında olan müttəfiqlik münasibətlərinə zərbə vurmaq istəyənlərə, o cümlədən ümumavropa aviasiya logistikasını addım-addım məhv edənlərə lazımdır”.
Qeyd edək ki, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər qəzadan sağ çıxıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib
08:57 17.11.2026
Dünya
“Heç kim bilmirdi ki, toyumuza gəlirlər”
08:20 17.11.2026
Şou
"iPhone"nin yan düyməsini səkkiz əmri açan köməkçiyə çevirin
07:51 17.11.2026
Texnologiya
Toxluq hissi yaratmadan orqanizmi məhv edən nələrdir?
07:17 17.11.2026
Sağlamlıq
Luiş Fiqu FİFA prezidentliyinə namizədlərdən biri ola bilər
06:06 17.11.2026
Futbol
Fidanla görüşdüm, əsas vasitəçi Türkiyədir - Sibiqa
04:50 17.11.2026
Aktual
İsrail hərbçiləri Livanda “Hizbullah”ın iki üzvünü saxlayıb
03:45 17.11.2026
Dünya
ABŞ-nin ən böyük bankları kütləvi texniki nasazlıqla üzləşib
02:58 17.11.2026
Texnologiya
Ziddiyyət var, Tramp Baydenin sanksiyalarını uzadır - Lavrov
02:22 17.11.2026
Aktual
İsrail Qəzzada HAMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
01:32 17.11.2026
Gündəm
Bu gün Milli Dirçəliş Günüdür
00:12 17.11.2026
Siyasət
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib
23:20 16.11.2026
Sosial
Avropa-Rusiya münasibətlərində sülh dövrü artıq başa çatır - ŞƏRH
23:04 16.11.2026
Gündəm
Hər kəsin qəlbinə yol tapan bir dünya
22:44 16.11.2026
Cəmiyyət