Bakı-Tbilisi-Qars dəmir yolunun 1 milyon tondan 15 milyon tona artırılması, Bakı Dəniz Limanının imkanlarının artırılması Orta Dəhlizin potensialını artırır.
Sherg.az-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, türkiyəli həmkarı ilə bu mövzuda müzakirə aparılıb.