Rusiya prezidentinin xüsusi nümayəndəsi Azərbaycana işgüzar səfər edəcək

Rusiya prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov yanvarın 27-28-də Azərbaycana işgüzar səfər edəcək.
Oxu.Az bu barədə "Sputnik Azərbaycan"a istinadən məlumat verir.

Bildirilir ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi Bakıda Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə bir sıra işgüzar görüşlər keçirəcək.