
Paşinyanın Qərb macəraları: Nikol Rusiyanın hakim olduğu təşkilatlardan çıxdığını elan etməlidir
10:21 07.02.2025
Aktual
511
Ermənistan KTMT üzvü olan dövlətlərin parlament komitə sədrlərinin fevralın 7-də Moskvada keçiriləcək iclasında iştirak etməyəcək. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyanın mətbuat katibi Movses Arutyunyan məlumat yayıb.
Arutyunyan jurnalistlərə bildirib ki, Ermənistan tərəfi KTMT-yə üzv ölkələrin parlament komitələri sədrlərinin görüşündə iştirak etməyəcək.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Sherg.az”a bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) və Avrasiya İqtisadi Şurası ilə bağlı mövqeyini açıq şəkildə bəlli etməlidir:

“Ermənistan söz oyunu və vaxtı uzatmaqla doğru mövqe ortaya qoymur. Həmçinin Paşinyan hakimiyyəti bir tərəfdən Qərblə, xüsusilə ABŞ və Avropa İttifaqı ilə strateji tərəfdaşlığa can atır, digər tərəfdən isə Rusiyanın dominantlıq etdiyi KTMT və Aİİ-də formal olaraq qalmaqda davam edir. Ümumiyyətlə Ermənistan Amerikayla strateji tərəfdaşlıq haqqında saziş imzalayıb, Avropa İttifaqı ilə münasibətləri sıxlaşdırmağa çalışırsa, Rusiyanın hakim olduğu təşkilatlardan çıxdığını elan etməlidir. Təşkilatda fəaliyyətimi dondururam və yaxud iclaslarda iştirak etməyəcəm kimi yanaşmalar anlaşılmaz vəziyyət yaradır. Ermənistanın Baş nazirindən və parlament sədrindən belə şeylər görmək təbii haldır. Çünki Paşinyan və onun komandası qeyri-ciddi siyasətçilər kimi tanınır. Onlar təşkilatda fəaliyyəti dondururuq və iclaslara qatılmırıq deməklə qeyri-ciddi addımlar atırlar. Ermənistanın mövqeyindəki qeyri-müəyyənlik, daxili siyasi sabitsizlik və xarici siyasətdə balanslaşdırma cəhdləri də bununla əlaqədardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual