Vüqar Tofiqli: Qanunda boşluqlar var, ona görə də bələdiyyələr də ciddi problemlərlə üz-üzə qalır
Yusif Nəzərli
13:09 19.02.2025
Sosial
479
Azərbaycanda bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir.
Bununla bağlı "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Dəyişikliklə bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərti ilə bazar məzənnələri nəzərə alınmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq müəyyən ediləcək.
Hazırda bu qiyməti yerli özünü idarəetmə orqanları müstəqil şəkildə müəyyən edir.
"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli "Sherg.az"a söyləyib ki, sözügedən qanuna dəyişiklik edilməsi bələdiyyələrin hər hansı səlahiyyətinin azaldılmasına yönəlməyib:
"Əsas müzakirə mövzusu bələdiyyələrin büdcə gəlirlərinin tənzimlənməsinə yönəlmiş addımdır. Yəni bələdiyyənin öz mülkiyyətində olan əmlakın satışı zamanı çox ucuz yox, normativ hüquqi sənədlər əsasında Hərrac komissiyasının son qiymətlərinə uyğun dəyərləndirilməsi nəzərdə tutulur. Bu mənada istər Hərrac komissiyasında, istərsə də digər satış bazarlarında məbləği bələdiyyə özü təyin etmir. Çünki bununla bağlı qanunvericilikdə də müəyyən məqamlar var ki, bu, sonuncu hərracın qiymətindən aşağı olmamalıdır. Həmçinin bu gün Ədliyyə nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi və regional idarələri məhz həmin istiqamətdə ciddi addımlar atıblar. Bu isə büdcə gəlirlərində müəyyən artımların olması məhz nazirliyin müvafiq qurumlarının yaranmasına gətirib çıxardı".
Ekspertin sözlərinə görə, əsas məqsəd "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunun həm texniki məsələlər, həm də tənzimlənmə baxımından təkmilləşdirilməsidir:
"Düşünürəm ki, nəticədə bələdiyyələrin büdcə gəlirləri də artacaq. Digər tərəfdən bu yaxınlarda Ədliyyə nazirliyinin hesabatı dinlənildi. Minlərlə hektar torpaq sahəsində qanunsuzluqlar meydana çıxdığı üçün bələdiyyəyə geri qaytarıldı. Ümumiyyətlə bu cür dəyişikliklərin edilməsi bələdiyyə ilə bağlı digər qanunvericilik aktlarında da həyata keçirilsə, daha məqsədəuyğun olar. Çünki hazırda bu istiqamətdə qanunda müəyyən qədər boşluqlar var. Ona görə də bələdiyyələr də ciddi problemlərlə üz-üzə qalır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaqların formasının dəyişməsi – Bu xərçəngdə olur
03:50 28.05.2026
Sağlamlıq
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya