Azərbaycan müttəfiqləri ilə koordinasiyanı gücləndirməlidir -ŞƏRH
Yusif Nəzərli
23:58 26.02.2025
Siyasət
345
Gələcək təhlükələr barədə müttəfiqlər arasında fikir mübadiləsinin genişlənməsinə ehtiyac var
ABŞ Prezidenti Donald Tramp İranla müharibə istəmir. Ancaq Tramp Tehranın ABŞ-nin və İsrailin tələblərini yerinə yetirməsini tələb edir. Ağ Evə görə, Tehran nüvə çalışmalarından imtina etməlidir. Rəsmi Tehran ultimativ tonda Vaşinqtonla müzakirələr aparmayacağını açıqlayıb. ABŞ-dən fərqli olaraq İsrail İranın strateji hərbi mərkəzlərinə raket zərbələrinin endirilməsinin tərəfdarıdır. İsrail ötən ilin oktyabr ayında İrana raket zərbələri endirməklə İranın hava müdafiə sistemlərini sıradan çıxarıb. İsrail hökuməti hesab edir ki, nə qədər ki, İran silahlı qüvvələri hava müdafiə sistemlərini bərpa edə bilməyiblər, bu ölkənin hərbi mərkəzlərinə növbəti zərbələr endirilməlidir. İsrail hökuməti bu yolla İranın uranı zənginləşdirmək siyasətini əngəlləyəcəyini düşünür. İran silahlı qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqeri bildirib ki, İran istənilən hücumu dəf etməyə və düşmənin cavabını verməyə hazırdır. Baqerinin sözlərinə görə, İranın hava müdafiə sistemləri bərpa olunub. “Əgər İrana təhlükə yaranarsa, bu halda bölgədə vəziyyət gərginləşəcək, qeyri-sabitliyi yaradanlar və onların müttəfiqləri təhlükə altında olacaqlar” deyən iranlı general konkret ölkələrin adlarını çəkməsə də, ABŞ və İsrailin bölgədəki tərəfdaşlarını nəzərdə tutub.
Politoloq Elxan Şahinoğlunun fikrincə, Baqeri “bölgə ölkələri” dedikdə böyük ehtimalla Səudiyyə Ərəbistanı və Azərbaycanı da nəzərdə tuta bilər. Ekspertə görə, Səudiyyə Ərəbistanının ABŞ ilə, Azərbaycanın isə İsraillə tərəfdaşlıq münasibətləri mövcuddur:
"Səudiyyə Ərəbistanı və Azərbaycan İrana qarşı raket zərbələrinin endirilməsinin tərəfdarı deyillər, bölgədə gərginlik istəmirlər. Ancaq Baqerinin sözlərindən belə çıxır ki, əgər ABŞ və ya İsrail İrana zərbə endirərsə, Tehran bu iki dövlətin bölgədəki tərəfdaşlarını da hədəf alacaq. Halbuki, mümkün toqquşmanın bölgə ölkələrinə aidiyyəti olmayacaq. Buna baxmayaraq, Azərbaycan müttəfiqləri ilə koordinasiyanı gücləndirməlidir. Təsadüfi deyil ki, Prezidentin köməkçisi Hikmət Hacıyev Türkiyədə rəsmi görüşlərə başlayarkən, xarici xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına gedib. Səfər çərçivəsində Ceyhun Bayramov səudiyyəli həmkarı Feysəl bin Fərhan Əl Səud ilə görüşəcək. Rusiya-Ukrayna müharibəsi bitərsə və ya atəşkəs əldə olunarsa, Kremlin Cənubi Qafqaza diqqəti artacaq, eyni zamanda İsrail-İran gərginliyi də bölgə üçün təhlükələr yarada bilər. Gələcək təhlükələr barədə müttəfiqlər arasında fikir mübadiləsinin genişlənməsinə ehtiyac var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq