Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi

ABŞ Prezidenti Donald Tramp seçkilərdə saxtakarlıq hallarını xəbər verən şəxslərə, məlumatları təsdiqləndiyi və təqsirkarlar həbs olunaraq məhkum edildiyi təqdirdə, 1 milyon dollar mükafat veriləcəyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

ABŞ lideri noyabrın 3-də keçiriləcək aralıq seçkilərlə bağlı açıqlamasında həm əvvəlki seçkilərdə, həm də 2026-cı il aralıq seçkilərində saxtakarlıq barədə məlumat verən şəxslərə mükafat ödəniləcəyini bildirib.

Tramp paylaşımında qeyd edib ki, mükafatın verilməsi üçün seçki saxtakarlığında iştirak edən şəxslərin həbs olunması və məhkəmə tərəfindən təqsirli bilinməsi tələb olunur.

Qeyd edək ki, Tramp əvvəlki prezident seçkilərində Co Baydenə məğlub olduqdan sonra səslərin oğurlandığını iddia etmişdi. Bu iddialar uzun müddət ABŞ-da siyasi müzakirələrə səbəb olmuşdu.