
Analitik: BMT-də Suriya məsələsinin qabardılması təsadüfi deyil
11:19 10.03.2025
Dünya
365
Rusiya və ABŞ uduzan tərəf olmamaq üçün birgə səy göstərirlər
Rusiya və ABŞ BMT Təhlükəsizlik Şurasına Suriyadakı vəziyyətlə bağlı qapalı məsləhətləşmələrin keçirilməsi üçün sorğu göndərib.
Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
Qapalı məsləhətləşmənin bu gün mətbuata qapalı olaraq keçiriləcəyi və münaqişənin dayandırılması üçün həll yollarının müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, Suriyada təhlükəsizlik qüvvələri ilə devrilmiş prezident Bəşər Əsədə tərəfdarları arasında martın 6-dan bəri davam edən qarşıdurmalarda 745 mülki şəxsin və 125 təhlükəsizlik qüvvəsi üzvünün həlak olduğu, 148 Əsəd tərəfdarının da zərərsizləşdirildiyi bildirilir.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a deyib ki, Birləşmiş Millətlər Təşkilatının beş daimi üzvündən ikisi olan Amerika və Rusiyanın sorğusu müzakirəyə şübhəsiz çıxarılacaq:

“Lakin müzakirənin necə nəticələnəcəyini öncədən söyləmək çətindir. Çünki BMT-nin Təhlükəsizlik Şurasında daimi olmayan digər üzvlərdə var ki, onların dünya siyasətinə yanaşması bəzən eynilik, bəzən isə ziddiyət təşkil edə bilir. Burada diqqət çəkən məqam Rusiya və Amerika kimi bütün məsələlərdə əks qütbdə olan ölkələrin hazırda Suriya məsələsi üçün ortaq sorğu göndərməsidir. Əslində bu məsələ müəyyən qədər anlaşılandır. Çünki Suriyada iqtidara gələn rejimin Rusiya və Donald Tramp ilə əlaqələri o qədər də yaxşı deyil. Həmin iqtidarın maraqları daha çox Qərb dövlətləri, Türkiyə və Ərəb ölkələriylə kəsişir. Ona görə də Amerika və Rusiya Suriyada yaşanan hadisələrdən narahatlıq duyurlar. Heç bir ölkə Suriyada mövqeylərini itirmək və maraqlarının təhlükə altında qalmasını istəmədiyinə görə nəticənin necə olmasından asılı olmayaraq özlərinə uyğun vəziyyət formalaşdırmağa çalışırlar. Rusiya və Amerika Suriya məsələsində uduzan tərəf olmamaq üçün birgə səy göstərirlər. Birləşmiş Millətlər Təşkilatında Suriya məsələsinin qabardılması isə təsadüfi deyil. Onlar dünya ictimaiyyətini yeni iqtidar üzərində təsir mexanizmi kimi formalaşdırmaq istəyirlər. Beləliklə yeni iqtidar bir növ çətin vəziyyətə düşəcək və Amerika, Rusiya kimi böyük dövlətlərin dəstəyinə ehtiyac duyacaqlar. Belə olan halda Amerika və Suriya Suriyada yeni rejimə istədikləri şərtləri diqtə etdirə biləcəklər. BMT və digər beynəlxalq təşkilatların qanun çıxarmaq, veto qoymaq kimi səlahiyyətləri olsa da, nəticə etibarilə onların verdiyi qərarlar kağız üzərində qalır və de-fakto hadisələrini yönünü dəyişə bilmir. Yəni BMT Təhlükəsizlik Şurasının Rusiya və Amerikanın təzyiqi ilə Suriyadakı vəziyyətə uyğun qərar verməsindən asılı olmayaraq bölgədəki status-kvo onların qərarı ilə dəyişməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm