Bloklanan sürücülər tələblərə cavab verməlidir
Yusif Nəzərli
02:53 13.03.2025
Sosial
703
İmtahan verməyib, sertifikat əldə etməyən sürücülərin taksi xidməti göstərmələrinə icazə verilmir
"Bolt" taksi şirkəti onunla əməkdaşlıq edən bəzi sürücülərin taksi fəaliyyəti ilə məşğul olmasına qadağalar tətbiq edib. Bu barədə İqtisadiyyat.az-a bir qrup sürücü məlumat verib. Sürücülər qeyd edib ki, "Bolt" buna səbəb kimi onların təlim sertifikatında uyğunsuzluqların aşkarlandığını göstərir. Bu səbəbdən sürücülərdən təlim sertifikatını yenidən təqdim etmək tələb olunur. Hazırda isə "Bolt" taksi şirkəti sertifikatsız sürücülərin hamısını bloklayıb və onlar hazırda taksi fəaliyyət göstərmək üçün tətbiqə daxil ola bilmirlər. Məlumdur ki, taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər. İmtahan verməyib, sertifikat əldə etməyən sürücülərin taksi xidməti göstərmələrinə icazə verilmir.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında bildirdi ki, taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vərəqəsi əldə etməli, taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün icazə kartı almalı və sürücülər üçün nəzərdə tutlan xüsusi təlimlərdən keçməlidirlər:
- 01 iyul 2024-cü il tarixindən etibarən Azərbaycanda taksi sifarişlərini qanuni şəkildə yerinə yetirmək üçün sertifikatlaşma prosesindən keçmək və lisenziya əldə etmək lazımdır. Sertifikatlaşdırma 1 iyul 2024-cü il tarixindən qüvvəyə minmiş «Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikası Qanununa yeni düzəlişlərə əsasən tələb olunur. Yeni qaydalar qüvvəyə mindikdən sonra fəaliyyətdə olan taksi şirkətləri sertifikasiya və lisenziyanın alınması qaydasını internet səhifələrində yerləşdirib. Qaydalar aşağı-yuxarı, bütün taksi şirkətlərində eynidir. Orada qeyd olunur ki, sertifikatlaşdırma sürücünün etik qaydaları və Azərbaycan qanunlarını öyrənməyini və bilməsini təsdiq etmək məqsədi daşıyır. Sertifikatlaşdırmadan keçmək üçün vətəndaş təlimə yazılmalıdır. Şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsini Bakı şəhəri, Ziya Bünyadov pr. 39°C ünvanında yerləşən təlim-hazırlıq mərkəzinə yaxınlaşır. Təlimə yazılır, təlimlərdə iştirak edir, təlimin sonunda bilikləri təsdiqlənirsə, ona sertifikat verilir. Tələb olunan sənədlər fotonəzarətdən keçirilir, yoxlamanın sonunda ona verilən bal müəyyən olunur. Sürücü +5 Pro Level balı da əldə edə bilər, daha yüksək 10 bal da. Sonrakı mərhələ avtomobilin texniki baxışdan keçirilməsi, sürücünün də tibbi müayinə, həmçinin narko-testdən keçməsidir. Texniki baxışda avtomobilin qanunun tələblərinə cavab verməsi təsdiqləndiyi halda avtomobil texniki baxışdan, sürücü özü tibbi baxışdan keçdikdən sonra da müvafiq sənəd təqdim edilir. Yeni qaydalara əsasən taksi xidmətində istifadə olunacaq avtomobilin yaşı istehsal - buraxılış ilindən etibarən 8 il və ya daha az olmalıdır. Ekoloji sinfi də qeyd olunur, hansı növ benzinlə işləyəcək. Avtomobil texniki baxımdan saz, salonun isitmə və soyutma sistemi işləməlidir. Buraxılış vəsiqəsi əldə etmək üçün də qaydalar göstərilir. Sürücü bunun üçün AYNA-ya müraciət etməlidir. Görünür, bloklanan sürücülərin sənədlərində hansısa çatışmazlıq var, sənədlər qaydasında deyil, buna görə də onlara taksi fəaliyyəti göstərmələrinə icazə verilmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı