Kamal Kılıçdaroğlu Özəlin qurultay qərarını dəstəkləyir

Keçmiş CHP sədri Kamal Kılıçdaroğlu sosial şəbəkədə CHP sədri Özgür Özəlin növbədənkənar qurultay keçirmək qərarını dəstəkləyib.

Sherg.az xəbər verir ki, Kılıçdaroğlu paylaşımında, "Cümhuriyyət Xalq Partiyası bir quruluşdur, qurtuluşdur, ümiddir. İlk müqavimət və təslim ola bilməyən son qaladır. Bu, qanunsuz müdaxilələrə məruz qala bilməz" - deyə vurğulayıb.

CHP sədri Özgür Özəli növbədənkənar qurultay qərarına görə təbrik edən Kılıçdaroğlu daha sonra qeyd edib: "Bu qaranlıq və çətin günləri birlikdə, əl-ələ, çiyin-çiyinə atacağıq".

Partiya sədri Özgür Özəl partiya nizamnaməsindəki səlahiyyətdən istifadə edərək növbədənkənar qurultay çağırmağa qərar verib.

Buna görə CHP-nin qurultayı aprelin 6-da toplanacaq.

CHP lideri Özəl bu qərarı mümkün qəyyum təyinatına qarşı tədbir olaraq aldıqlarını açıqlayıb.