Putin Vuçiçlə mayın 9-da Moskvada danışıqlar aparacaq

Qırmızı Meydanda keçiriləcək Qələbə paradında Serbiya lideri də iştirak edəcək. Serbiya Prezidenti Aleksandr Vuçiç may ayında Moskvaya səfəri zamanı təkcə Qırmızı Meydanda keçiriləcək parada qatılmayacaq, həm də Rusiya lideri Vladimir Putinlə danışıqlar aparacaq.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin Serbiyaya səfəri zamanı bildirib.