Netanyahu: "Türkiyə ilə hər hansı münaqişədən qaçmaq istəyirik"

İsrail Baş naziri Binyamin Netanyahu Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.

Teleqraf xəbər verir ki, B.Netanyahu görüş zamanı Türkiyə haqqında da açıqlamalar verib.

Netanyahu deyib: "Suriyanın heç bir ölkə tərəfindən İsrailə qarşı bir hücum aləti olaraq yararlanmasını istəmirik. Türkiyə ilə hər hansı münaqişədən də qaçmaq istəyirik".