
ABŞ lideri Azərbaycana rəğbət bəsləyir - ŞƏRH
14:59 09.04.2025
Siyasət
624
Tramp, öz siyasətini dünyanın güclü ölkələri ilə qurur
Donald Trampın birinci prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox mühüm və qarşılıqlı faydalı əməkdaşlıq əsasında quruldu. Həmin dövrdə bir çox strateji layihələr həyata keçirildi və bu əlaqələr gücləndirildi. Lakin, 2021-ci ildən sonra Co Baydenin administrasiyasının hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişdi. Onun ermənipərəst siyasət yürütməsi, ABŞ-nin Ermənistanla Strateji Müttəfiqlik Xartiyası imzalaması və Azərbaycanın reallıqlarını düzgün qiymətləndirməməsi, münasibətlərin gərginləşməsinə səbəb oldu.
Bugünkü gündə Azərbaycan, həm iqtisadiyyat, həm də enerji resursları sahəsində dünyada önəmli bir aktora çevrilib. Bununla yanaşı, ABŞ ilə münasibətlərin normallaşdırılması və inkişaf etdirilməsi məqsədilə atılan addımlar, ölkələrimiz arasında daha dərin və geniş əməkdaşlıq imkanları yaradır.

Mövzu ilə bağlı politoloq Elşad Həsənov Sherg.az-a açıqlama verib:
"Trampın əvvəlki prezidentlik dövründə Azərbaycanla münasibətlər yaxşı olub, ABŞ ilə Azərbaycan arasında mühüm layihələr həyata keçirilib. Lakin Bayden hakimiyyətə gəldikdən sonra vəziyyət dəyişdi. Onlar Azərbaycanın reallıqlarını qəbul etmədilər, ermənipərəst siyasət yürütməyə çalışdılar, Ermənistana dəstək vermək istədilər və hərbi təlimlər keçirdilər. Nəticədə, bu ilin yanvarın 14-də Bayden administrasiyası ilə ABŞ-Ermənistan arasında Strateji Müttəfiqlik Xartiyası imzalandı. Lakin Tramp hakimiyyəti dövründə bu xartiya dondurulmuş vəziyyətdə qalmışdı.
Bu gün isə Tramp, öz siyasətini dünyanın güclü ölkələri ilə qurur. Hesab edirəm ki, Cənubi Qafqazın aparıcı ölkəsi, güclü dövləti, həm əhalisinin sayı, həm iqtisadiyyatı, həm də hərbi gücü ilə fərqlənən Azərbaycandır. Son illərdə Azərbaycanın əldə etdiyi inkişaf göz qabağındadır və biz 3 ildən artıq Qoşulmama Hərəkatının sədri kimi çox böyük uğurlar əldə etdik. Bu, dünya mətbuatında geniş şəkildə yayıldı. Azərbaycan, Afrika ölkələrinə pandemiya dövründə çoxlu yardım göstərdi və bu, ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə səbəb oldu".
Ekspert bu gün Azərbaycanın həm iqtisadiyyat, həm siyasət, həm də enerji resursları baxımından dünyada tanınan, hörmət edilən və seçilən bir ölkə olduğunu qeyd edib:
"Azərbaycan, həmçinin Avropa İttifaqının enerji təhülükəsizliyinə təminat verən dövlətdir. Bu baxımdan hesab edirəm ki, ABŞ qlobal məsələləri həll edərkən, Tramp administrasiyası ABŞ-ni defolt vəziyyətindən çıxarmağa çalışır, yeni tariflər tətbiq edir və bu da dünya üzrə böyük təsir göstərir.
Bütün bunları nəzərə alaraq, biz ABŞ ilə münasibətləri normallaşdırmağa və inkişaf etdirməyə çalışırıq. Azərbaycan prezidenti də qeyd etdiyi kimi ABŞ ilə Cənubi Qafqazda güclü bir tərəfdaş olaraq münasibətlərimizi daha da möhkəmləndirəcəyik. Eyni zamanda qeyd edim ki, bir müddət əvəl Azərbaycanda keçirilən bir tədbirdə ABŞ nümayəndəsi Azərbaycanın bu sahədəki işlərini yüksək qiymətləndirdi".
Müsahibimiz sonda Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edən ölkə olaraq, ABŞ ilə çox mühüm tərəfdaş ola biləcəyini vurğulayıb.
Banuçiçək
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm