
Tarixi əməkdaşlıq yeni sürət alır: Azərbaycan-Çin münasibətləri prioritet istiqamətlərdəndir
Yusif Nəzərli
01:49 16.04.2025
Siyasət
427
Gələcəkdə iki dövlət arasında qarşılıqlı münasibətlərin kəmiyyət və keyfiyyət baxımından dərinləşməsi dünya üçün heç də təəccüblü olmayacaq
Çinin Azərbaycanda yeni təyin olunmuş səfiri Lu Mey qarşılıqlı anlaşmanın dərinləşdirilməsi, dostluq münasibətlərinin möhkəmləndirilməsi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri ilə əlaqələri fəal şəkildə gücləndirməyə hazır olduğunu bildirib. Səfir Bakıya gəlişi zamanı bildirib ki, 2024-cü ildə dövlət başçıları tərəfindən Çin-Azərbaycan strateji tərəfdaşlığının qurulmasının elan edilməsi ikitərəfli münasibətləri yeni inkişaf mərhələsinə çıxarmağa kömək edib: "Çin və Azərbaycan bir-birinə etibar edən səmimi və mehriban dost, bərabərhüquqlu tərəfdaşlardır. 2000 ildən çox əvvəl Çin və Azərbaycan Böyük İpək Yolu vasitəsilə mədəni mübadilələrə, qarşılıqlı zənginləşmə və öyrənmə prosesinə başlayıb. 1992-ci ildə diplomatik əlaqələr qurulduqdan bəri ikitərəfli münasibətlər sabit şəkildə inkişaf edir. 2024-cü ilin iyul ayında Çin Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev Çin-Azərbaycan strateji tərəfdaşlığının qurulduğunu elan ediblər ki, bu da ikitərəfli münasibətləri yeni inkişaf mərhələsinə çıxarmağa kömək edib". L.Mey vurğulayıb ki, qarşılıqlı dəstək sayəsində Çin və Azərbaycan təkcə ikitərəfli əməkdaşlıqda deyil, həm də qlobal arenada əhəmiyyətli uğurlar əldə ediblər: "Hər iki tərəf bir-birinə ardıcıl surətdə möhkəm dəstək göstərir və siyasi qarşılıqlı etimadı gücləndirir. Biz, həmçinin beynəlxalq arenada sıx əməkdaşlıq edir, birgə daha ədalətli və rasional dünya nizamının formalaşmasını təşviq edirik".
Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a deyib ki, Asiya qitəsi dövlətləri, xüsusilə Çin Xalq Respublikası ilə münasibətlərimiz prioritet istiqamətlərdəndir. Deputatın sözlərinə görə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət konsepsiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir:

"Azərbaycan və Çin elə marşrut üzərində yerləşir ki, tarixən bu iki dövlətin yerləşdiyi coğrafi məkan arasında güclü ticarət münasibətləri mövcud olub. Təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də 1991-ci ildə məhz Çin olub. Çinlə münasibətlərin inkişafında qarşılıqlı səfərlər, həyata keçirilən layihələr böyük rol oynayıb. Pekini maraqlandıran əsas məsələlərdən biri Çin istehsalı məhsulların Avrasiya məkanında ən qısa marşrutla hərəkətinin və bazarlara çıxışının təmin edilməsidir. Bu mənada həm Azərbaycan, həm də Çin dövlət başçıları münasibətlərin perspektivindən inamlı şəkildə bəhs edərkən, iki ölkə arasında nəqliyyat-logistika, iqtisadi-enerji baxımdan həyata keçiriləcək layihələrin siqnalını da verirlər".
Parlament üzvü vurğulayıb ki, Azərbaycan-Çin münasibətlərinin mühüm inkişaf tendensiyalarından biri öz növbəsində enerji, elektroenergetika sektorunda da özünü göstərir:
"Bu kontekstdə Çinə məxsus enerji şirkətləri enerji sektoruna xüsusi maraq göstərir. Çinin iqtisadi, hərbi, texnologiya, eləcə də siyasi nailiyyətlərinə qarşı həzmsizlik nümayiş etdirən Qərb xüsusilə də Tayvan məsələsi üzərindən Çinə qarşı həmlələr axtarışındadır. Lakin Çin “Bir kəmər, bir yol” kimi layihələrlə olduqca prolifik geopolitik məkan formalaşdıraraq, yol üzərində yerləşən dövlətlərin iqtisadi və ticarət baxımından inkişafına şərait yaradacaq modeli dəstəkləyir. Azərbaycan bu yol üzərində yerləşməklə, Çin üçün çox böyük əhəmiyyətə sahib Xəzər hövzəsi dövlətidir. Bu mənada, gələcəkdə iki dövlət arasında qarşılıqlı münasibətlərin kəmiyyət və keyfiyyət baxımından dərinləşməsi dünya üçün heç də təəccüblü olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nəsimi "Qurtuluş"dan getməsindən danışdı
21:06 19.01.2026
Gündəm
Ərdoğan Suriya prezidentini atəşkəs münasibətilə təbrik edib
20:49 19.01.2026
Dünya
İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
20:27 19.01.2026
Rəsmi
Suraxanıda 9 kq narkotik aşkarlandı
20:10 19.01.2026
Hadisə
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət
“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
18:37 19.01.2026
Dünya
10 il axtarıldı, 1 kilometr aralıda tapıldı: Bin Ladenin son qalası
18:33 19.01.2026
Dünya
İranda 19 yaşlı futbolçu edam edilə bilər
18:26 19.01.2026
Dünya
“Dünya təhlükəli yola girib” - Səxavət Məmməd
18:18 19.01.2026
Dünya
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
18:13 19.01.2026
Gündəm