Orban Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına inanır

Prezident İlham Əliyevi Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni üzrə razılıq əldə edilməsi münasibəti ilə təbrik edirəm.
Sherg.az-ın xəbərinə görə, bunu Macarıstan Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
Viktor Orban deyib ki, sülh sazişinin tezliklə imzalanacağına inanır.