Berdiməhəmmədov Sahibə Qafarova ilə görüşdü
13:05 16.07.2025
Siyasət
388
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.
Sherg.az xəbər verir ki, qonaqları Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.
Xalq Məsləhətinin sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar.
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin ölkələrimiz arasında münasibətlərin inkişafı və möhkəmlənməsi işinə xidmət edəcəyinə inamını ifadə edib.
2022-ci ilin dekabrında Türkmənistana rəsmi səfərini xatırlayan Milli Məclisin sədri həmin səfər çərçivəsində keçirdiyi görüşlərdən məmnunluqla danışıb.
Söhbət zamanı spiker Sahibə Qafarova qeyd edib ki, xalqlarımızın ortaq tarixi, mədəni, dil, din və ailə dəyərləri, oxşarlıqları ölkələrimiz arasında münasibətlərin təməlini təşkil edir. Müstəqillik qazandıqdan sonra məhz bu möhkəm təməl üzərində ölkələrimiz arasında geniş münasibətlər qurulub.
Bildirilib ki, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində və dərinləşdirilməsində qarşılıqlı səfərlər və ali səviyyədə görüşlər müstəsna rol oynayır.
Qeyd olunub ki, Azərbaycan və Türkmənistan bir sıra beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər. Türkmənistan tərəfinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşəbbüslərinə daimi dəstəyi yüksək qiymətləndirilir.
Görüşdə, həmçinin qeyd olunub ki, ölkələrimiz arasında mövcud müqavilə-hüquq bazası çox geniş olmaqla siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələrini əhatə edir.
Söhbət zamanı diqqətə çatdırılıb ki, Azərbaycan və Türkmənistan arasında iqtisadi sahədə də tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün möhkəm təməl mövcuddur, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Bununla yanaşı, ölkələrimiz arasında humanitar əməkdaşlıq da xüsusi məna və xarakter kəsb edir.
Söhbət zamanı Azərbaycan və Türkmənistan arasında ikitərəfli və çoxşaxəli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərimizin qarşılıqlı fəaliyyəti barədə danışan spiker Sahibə Qafarova qeyd edib ki, qarşılıqlı səfərlər, parlament sədrlərinin və qanunvericilərin görüşləri bu əməkdaşlığa mühüm təkan verir. Parlamentlərarası əlaqələr üzrə dostluq qrupları birgə fəaliyyətləri və əməkdaşlıqları ilə parlamentlər arasında körpü rolunu oynayırlar.
Qeyd olunub ki, iki ölkənin parlamentarilərinin həm ikitərəfli formatda, həm də parlamentlərarası qurumlar çərçivəsində qarşılıqlı fəaliyyətinin genişləndirilməsi Azərbaycan və Türkmənistan arasında münasibətləri daha da intensivləşdirməyə kömək edəcək.
Ölkəmizə səfərindən məmnunluqla danışan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş və aparılmış müzakirələr barədə yüksək təəssüratlarını bölüşüb.
O, Sahibə Qafarovanın 2022-ci ilin dekabrında Türkmənistana səfərini xatırlayaraq, həmin səfərin çox məhsuldar keçdiyini qeyd edib.
Xalqlarımızın və dövlətlərimizin türk ailəsinin üzvləri kimi dünya siyasətinə verdiyi mühüm töhfələrdən danışan qonaq, COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsinə və mühüm məsələlərin müzakirəsinə görə bir daha təbriklərini çatdırıb.
Söhbət zamanı qonaq regional məsələlər, gender məsələləri, gənclər siyasəti, iqtisadi əlaqələr, Hökumətlərarası komissiyanın fəaliyyəti, parlament diplomatiyası, parlamentlərarası dialoq və digər mövzular barəsində fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya
Yerdən 23 dəfə ağır qeyri-adi planet aşkarlandı
09:19 21.08.2026
Maraqlı
Dünya bazarlarında neft ucuzlaşıb
09:09 21.08.2026
İqtisadiyyat
Çimərlikdə ilan panikası: Dənizdən sahilə çıxdı
09:01 21.08.2026
Hadisə
Bakının bu küçələrində sıxlıq var - SİYAHI
08:59 21.08.2026
Cəmiyyət
Çiçək xəstəliyinə qarşı peyvəndin izi Osmanlıya gedib çıxır!
08:53 21.08.2026
Sağlamlıq