Putin üçün danışıqlar qapısı artıq bağlandı - ŞƏRH
05:34 01.08.2025
Siyasət
447
ABŞ Ukraynanı limitsiz silah yardımı ilə dəstəkləyir, Rusiyanın qazanmaq şansı azalır
Ruslar ötən gecə Ukraynaya 300-dən çox PUA və 8 raket atıb. Ölənlər arasında altı yaşlı uşaq və anası da var. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O bildirib ki, dünya bir daha Rusiyanın Amerika və Avropa ilə sülh təklifinə verdiyi cavabı gördü: "Yeni nümayiş xarakterli qətllər. Ona görə də güc yolu olmadan sülh əldə etmək mümkün deyil".
Qeyd edək ki, Rusiya Kiyevə kütləvi hücum həyata keçirib, nəticədə 6 nəfər ölüb, 50-dən çox yaralı var. ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun qızı Meqan Mobbs Rusiyanın Kiyevə son kütləvi hücumunu şərh edərkən deyib ki, Kreml lideri Vladimir Putin bu yolla ABŞ-nin qətiyyətini və gücünü sınayır: "Kiyev kütləvi PUA hücumuna məruz qalıb. Şübhə etməyin, bu, Putinin Prezident Trampın verdiyi müddətə cavabıdır. O, ABŞ-nin qətiyyətini və gücünü sınayır. Çarəsiz qalmamalıyıq".
Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə bildirib ki, ABŞ-nin sanksiyaları və Ukraynaya hərbi yardımları cəbhədə Rusiyanın irəliləyişlərini dayandırmasına gətirib çıxara bilər. Ekspert vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın Rusiyaya verdiyi vaxtı azaltması Moskvanın atəşkəsdə maraqlı olmamasından, Ukraynaya qarşı hərbi əməliyyatları genişləndirməsindən irəli gəlir:
"Artıq Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı iqtisadi sanksiyalar mövzusunda vahid mövqedən çıxış edir. Məhz Avropa İttifaqının 18-ci sanksiya paketindən sonra Rusiya Kiyevə qarşı daha çox ballistik raketlərlə hücum etdi. Putin Trampa Ukraynaya zərbələr endirməklə cavab verir. Rusiya prezidenti ABŞ rəhbərinin mövqeyindən asılı olmayaraq, Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirəcəyini vurğulayır. Bu, diplomatik danışıqlar qapısının bağlanması deməkdir. Bununla Rusiya üçtərəfli görüşdən imtina etməyin də mesajını verir. Hazırkı mərhələdə ABŞ, Ukrayna və Rusiya liderinin üçtərəfli görüşü mümkün görünmür".
Siyasi şərhçinin fikrincə, ABŞ-nin sanksiyaları Rusiyanın neft gəlirlərinin əhəmiyyətli şəkildə azalmasına gətirib çıxaracaq:
"Trampın Ukraynaya limitsiz silah yardımına icazə verməsi Moskvanın cəbhədə irəliləyişlərini durduracaq. Ağ Evin əsas məqsədi ilin axırına kimi Rusiyanı danışıqlar masasına əyləşdirmək, güzəştə məcbur etməkdir. Ancaq Putin danışıqlar müstəvisində güzəştə getməyəcək. Növbəti mərhələdə ABŞ-nin Rusiyanın siyasi elitasında Putinə təzyiq etmək üçün hərəkətə keçəcəyi istisna deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniyada üç silahlı kilsəyə hücum etdi - 7 ölü, 12 yaralı var
18:55 23.10.2026
Gündəm
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:47 23.10.2026
Region
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:44 23.10.2026
Dünya
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm