ABŞ-dən iki ölkəyə sərt mesaj: Bakı ilə razılaşmaya qarşı olanlar...
11:34 09.09.2025
Siyasət
481
Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə əldə edilmiş razılaşmaların ən kəskin əleyhdarları Rusiya və İrandır.
Teleqraf xəbər verir ki, bu barədə “National Interest” yazıb.
“Tramp və Rubio baxımından, bu, ABŞ-ni həm Rusiya, həm də İranı sıxışdıraraq Cənubi Qafqazda aparıcı sövdələşmələr aparan ölkə kimi mövqeləndirən ustad zərbəsidir. Söz yox ki, bu, Moskvanı qane etmir”, - mənbə bildirib.
ABŞ nəşrinin fikrincə, sülh sazişinin bir mənası da ondan ibarətdir ki, artıq Ermənistanda paytaxt İrəvandan təxminən 75 kilometr aralıda yerləşən Rusiya hərbi bazasının bağlanmasını tələb edirlər. Ermənilər deyirlər ki, əgər sülh qaçılmazdırsa, Ermənistanın artıq Rusiyanın müdafiəsinə ehtiyacı yoxdur.
Məqalədə vurğulanıb ki, ABŞ-nin vasitəçiliyi ilə imzalanmış Ermənistan-Azərbaycan sazişindən kifayət qədər narazı olan digər tərəf İrandır:
“Önəmli məsələlərdən biri əvvəllər Zəngəzur dəhlizi kimi tanınan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvan anklavı ilə birləşdirən ticarət və nəqliyyat dəhlizidir. TRIPP-in təfərrüatları hələ işlənib hazırlanmalıdır, artıq Tramp rəsmi olaraq Rubioya bunun üzərində işləməyə icazə verib. Avqustun 8-də razılaşdırılmış saziş ABŞ-yə növbəti 99 il ərzində TRIPP-i idarə etmək üçün müstəsna hüquqlar verir”.
“National Interest” bildirib ki, Cənubi Qafqazdakı mövqelərini itirən İran bunun qarşısını almağa, bölgədə özünə yer eləməyə çalışır: “Ermənistanın İranın orbitindən kənara çıxması sanksiya ilə bağlı qiymətli həll yolunun itirilməsi demək ola bilər. Ən nəhayət, saziş Azərbaycanın müttəfiqləri olan Türkiyə və İsrailin əllərini gücləndirir”.
Mənbəyə görə, xaricdəki iran və rusiyayönlü erməni diasporu, eləcə də Ermənistan daxilində bu iki ölkəyə bağlı siyasi qüvvələr də Vaşinqton razılaşmasına və Zəngəzur dəhlizinə qarşıdırlar.
“ABŞ-nin Ermənistan və Azərbaycanın köməyi və xoş niyyəti ilə hazırlanan sülh sazişinin açıq düşmənləri həm də Qərbin düşmənləridir, Rusiya, İran və onların təbliğat orqanlarının verdiyi mesajları təkrarlayırlar. Bu, təəccüblü deyil, çünki Ermənistan-Azərbaycan sülh müqaviləsi bir daşla iki quş öldürdü. Strateji bölgədə sülhün bərqərar olması ilə bu, Amerikanın maraqlarını artırdı, həmçinin Rusiya və İranın təsirini sarsıtdı və onların zəifliyinə işarə etdi”, - təhlilin yekununda qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə