
Süni intellekt TDT ölkələri üçün də prioritet sahələrdəndir - RƏY
Yusif Nəzərli
06:10 09.10.2025
Siyasət
538
Bu ölkələr arasında birgə “Türk Süni İntellekt Mərkəzi”nin yaradılması məqsədəuyğundur
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 12-ci Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edərək həm regiondakı geosiyasi vəziyyətə, həm də gələcəyin texnoloji çağırışlarına diqqət çəkib. Tokayev vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülh razılaşması region üçün mühüm əhəmiyyət kəsb edir və bu addım məmnunluqla qarşılanır. O, eyni zamanda TDT çərçivəsində ölkələr arasında əməkdaşlığın ilbəil gücləndiyini qeyd edib və maliyyə nazirlərinin yaxın günlərdə görüşünün planlaşdırıldığını bildirib.
Qazaxıstan prezidentinin çıxışında xüsusi olaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Orta Avrasiya regionunda strateji əhəmiyyətinə toxunulub. O, bu marşrutun ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynadığını qeyd edib. Lakin çıxışın ən diqqətçəkən məqamı süni intellektin TDT gündəliyinə daxil edilməsi olub. Tokayev bildirib ki, süni intellekt artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib və onun təsiri demək olar ki, bütün sahələrdə görünür. Bu səbəbdən növbəti TDT konfransının əsas mövzusunun məhz süni intellekt olmasının vacibliyini vurğulayan prezident, üzv ölkələrin bu sahədə əməkdaşlığının genişləndirilməsinin regionun gələcək inkişafı üçün həlledici olacağını qeyd edib.
Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli “Sherg.az”a açıqlamasında deyib ki, Kasım-Jomart Tokayevin süni intellektlə bağlı çağırışı, əslində, Türk Dövlətləri Təşkilatı (TDT) üçün yeni bir inkişaf mərhələsinin başlanğıcı ola bilər. Çünki süni intellekt artıq yalnız texnoloji məsələ deyil - o, iqtisadi, təhlükəsizlik, informasiya və mədəni sferaları da formalaşdırır:

“TDT ölkələri üçün də süni intellekt prioritet sahələrdəndir. Bu ölkələr arasında birgə “Türk Süni İntellekt Mərkəzi”nin yaradılması məqsədəuyğundur. Burada üzv ölkələrin alimləri, İT mütəxəssisləri, startapları və dövlət qurumları birgə layihələr həyata keçirə bilər. Mərkəz məlumat mübadiləsini, elmi tədqiqatları və texnoloji transferi koordinasiya edə bilər. Bundan başqa “Türk Universitetləri Alyansı” çərçivəsində süni intellekt ixtisası üzrə ortaq proqramlar həyata keçirilə bilər. Bilirsiniz ki, süni intellektin ən vacib istiqamətlərindən biri dil texnologiyalarıdır. Üzv ölkələr bu imkanlardan istifadə edərək ortaq türk dilini inkişaf etdirə bilər. Düşünürəm ki, bu, çox önəmli addım olar. Üzv ölkələr kibertəhlükəsizlik və məlumat mübadiləsi istiqamətində də süni intellektin imkanlarından yararlana bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial