
“3+3” formatı da bölgədə müsbət dinamikanın formalaşmasına xidmət edir -ŞƏRH
17:27 05.11.2025
Siyasət
478
Cənubi Qafqaz regionu siyasi və geosiyasi dəyişikliklər mərhələsini yaşayır. Azərbaycan Respublikasının həyata keçirdiyi balanslaşdırılmış və məqsədyönlü xarici siyasət nəticəsində regionda sülhün və sabitliyin bərqərar olması üçün real zəmin yaranıb. Regionda baş verən bu müsbət dəyişikliklər beynəlxalq səviyyədə də diqqət mərkəzindədir. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Cənubi Qafqazda ‘3+3’ formatında işi bərpa etmək lazımdır” bəyanatı ilə çıxış edərək, bu platformanın region ölkələri arasında əməkdaşlıq və sabitlik üçün əhəmiyyətini vurğulayıb. O, MDB Təhlükəsizlik Şuraları katiblərinin Rusiya Milli Mərkəzində keçirilən görüşündə nəqliyyat əlaqələrinin açılmasının böyük əhəmiyyət daşıdığını qeyd edib. Eləcə də Cənubi Qafqazdakı vəziyyətdə ümumilikdə yaxşılaşma tendensiyasının müşahidə olunduğunu bildirib.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sherg.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində Cənubi Qafqazda arzuolunan mənzərənin formalaşdığını və bölgədə sabitliyin müşahidə olunduğunu söyləyib:

"İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət və ədalətli tələbləri həm Ermənistan, həm də ABŞ-nin qəbul etməsi, eləcə də Vaşinqtonda imzalanmış Bəyannamənin müddəalarından irəli gələn prosesləri İrəvanın-nın həyata keçirməyə başlaması bölgədə müsbət meyilləri gücləndirib.Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istiqamətində atdığı addımlar, həmçinin nəqliyyat və kommunikasiya xətlərinin açılması perspektivi region üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin Qazaxıstandan Ermənistana daşınan yüklərin Azərbaycan ərazisindən keçməsinə icazə verməsi həm Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyini möhkəmləndirib, həm də Azərbaycanın iqtisadi dividendlər əldə etməsinə və bölgədə yeni, arzuolunan vəziyyətin yaranmasına gətirib çıxarıb.
Azərbaycanın irəli sürdüyü “3+3” formatı da bölgədə müsbət dinamikanın formalaşmasına xidmət edən təşəbbüslərdən biridir və bu təklifi region dövlətləri də müsbət qarşılayıb".
Ekspert hazırda bölgədə faktiki sülh şəraitinin mövcud olduğunu bildirib:
"Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması bu vəziyyəti rəsmiləşdirəcək.
Bununla yanaşı, həm Ermənistan daxilində, həm də kənar qüvvələrin prosesin pozulmasına yönəlik cəhdlərinin olması ehtimalı qalır və bu, zaman-zaman müşahidə olunur. Lakin istənilən halda, bölgədə təşəbbüsü əlində saxlayan tərəf Azərbaycandır. Cənubi Qafqazda proseslərin müsbət istiqamətdə inkişafı rəsmi Bakının ardıcıl və məqsədyönlü səyləri nəticəsində mümkün olub. Növbəti mərhələdə də bölgədə sabitliyin möhkəmlənməsi və müsbət proseslərin davam edəcəyini proqnozlaşdırmaq mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət