
ABŞ ən yeni müharibəyə hazırdır - ŞƏRH
03:10 09.08.2023
Siyasət
319
İranın nüvə proqramını inkişaf etdirməsi, Fars körfəzində hərbi təlimlər keçirməsi Vaşinqtonu hərəkətə keçirib
ABŞ Yaxın Şərqə 3000-dən çox hərbçi yerləşdirib. Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yeni qüvvələr avqustun 6-da “Bataan" və “Carter Hall” desant gəmiləri ilə Qırmızı dənizə gəlib. Deyilənə görə, bu, ABŞ hökumətinin əvvəllər elan etdiyi hərbi qüvvə və vasitələrin yerləşdirilməsi ilə bağlıdır. Bölgəyə təkcə Amerika Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun əlavə personalı deyil, həm də təyyarələr, helikopterlər və amfibiya maşınları yerləşdirilib. İyulun sonunda ABŞ Mərkəzi Komandanlığının açıqladığı planında iddia edilib ki, ABŞ-nin müdafiə naziri Llyod Austinin müvafiq əmri İranın ticarət gəmilərini ələ keçirmək cəhdləri fonunda verib.
Politoloq Məhəmməd Əsədullazadə deyib ki, İranın nüvə proqramını inkişaf etdirməsi, Birləşmiş Ərəb Əmirliklərinə aid olan adalara iddia etməsi, Fars körfəzində hərbi təlimlər keçirməsi ABŞ-ni hərəkətə keçirib. Analitikin qənaətincə, SEPAH-ın Fars körfəzində hərbi təlimlər keçirməsi İranın BƏƏ-yə aid adalara qarşı hərbi əməliyyatlar keçirməsinə gətirib çıxara bilər:

"Moskvada Rusiya və Körfəz ölkələri arasında keçirilən zirvə görüşündə Rusiya İranın iddia etdiyi üç adanı BƏƏ ərazisi kimi tanınan qətnaməni dəstəkləyib. Bu da İranın hərbi təlimlər keçirməsinə və körfəzdə hərbi gərginlik yaratmasına səbəb olub. Fars körfəzində hərbi gərginlik və İranın BƏƏ-yə aid adalara iddia irəli sürməsi müharibə variantını gündəmə gətirib. Ona görə də ABŞ bölgəyə xüsusi birliklər göndərməklə İranın artan hərbi çətinliyinə qarşı tədbirlər həyata keçirir. Əgər İran adalara qarşı hərbi əməliyyatlar apararsa, müharibəyə ABŞ, Səudiyyə Ərəbistanı və İsrail də qoşula bilər. Bununla İrana qarşı yeni beynəlxalq hərbi koalisiyası formalaşar. Bu da İran rejiminin zəifləməsi və hakimiyyətdən getməsi ilə nəticələnər. ABŞ müharibəyə hazırdır, amma İran özünə qarşı potensial hücum təhlükəsi görərsə, hərbi qarşıdurmaya getməyə bilər..".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
11:10 17.12.2025
Hadisə
Bakıda 31 yaşlı qadın dəm qazından boğularaq ölüb
11:09 17.12.2025
Hadisə
Ermənistanla sülh an məsələsidir -Analitik
10:33 17.12.2025
Siyasət
Tramp: Obama İrana görə dünyadan imtina etmişdi
10:25 17.12.2025
Dünya
Paşinyan üçün seçkilər yalnız başlanğıcdır -Politoloq
10:16 17.12.2025
Cənubi Qafqaz
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
10:07 17.12.2025
İqtisadiyyat
Analitik: Berlindəki görüş Ukraynanın xeyrinə irəlilədi
09:40 17.12.2025
Dünya
İranda yaşayış binası çökdü
08:39 17.12.2025
Hadisə
Lavrov mesajları ilə qonşu ölkələri qorxutmağa çalışır
08:03 17.12.2025
Dünya
Bratislavada hökumət əleyhinə etiraz aksiyası keçirildi
06:47 17.12.2025
Dünya
Yeddi ölkənin vətəndaşlarının ABŞ-yə girişi qadağan edilib
04:25 17.12.2025
Dünya
Tayland Kambocadan atəşkəs elanı tələb etdi
03:32 17.12.2025
Dünya
Makqreqor 17 il sonra onunla evləndi
02:34 17.12.2025
İdman
Ağ Evin aparat rəhbəri: Tramp alkoqolik xarakterinə malik şəxsdir
01:26 17.12.2025
Dünya
"Sabah" komandası FIBA Çempionlar Liqasında mübarizəni dayandırıb
01:12 17.12.2025
İdman