Abutalıb Səmədov: Hakimiyyət partiyaların yaşamasında maraqlıdır
04:00 13.08.2024
Siyasət
676
“Parlament seçkiləri həm əhalinin, həm də Azərbaycanın dostlarının gözləntilərinə cavab verəcək”
ABŞ-nin Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib ki, Azərbaycanda keçirilən parlament seçkiləri həm milli, həm də regional təsirə malikdir. Onun sözlərinə görə, COP29 ərəfəsində seçkilərin keçirilməsi Azərbaycanın qlobal nüfuzunu daha da gücləndirəcək. Seçkilərin Azərbaycanın bütün ərazilərində baş tutacağını xatırladan beynəlxalq ekspert qeyd edib ki, seçkilər hər bir ölkənin demokratik inkişafı üçün vacibdir və bəzi hallarda regional təsirə malikdir: "Ötən ilin sentyabrında Azərbaycan suverenliyini tam bərpa etdi. Sürətli və uğurlu tədbirlər həyata keçirməklə Azərbaycan özünün ərazi bütövlüyünə qarşı davamlı təhlükə yaradan amilləri aradan qaldırdı. Sözsüz, bu amil Azərbaycanda keçiriləcək parlament seçkilərinin də əhəmiyyətini çox yüksəltdi. Mən bu prosesi alqışlayıram".
Politoloq Abutalıb Səmədov "Sherg.az”a deyib ki, ötən ilin sentyabrında Azərbaycan bütün ərazisində suverenliyini bərpa etdi. Ekspert vurğulayıb ki, suverenliyimiz bərpa olunandan sonra ilk dəfə prezident seçkisi keçirildi:
"Qarşıdan Azərbaycanın bütöv ərazisini əhatə edəcək ilk parlament seçkiləri gəlir. Bu mühüm seçkilər COP29 kimi mühüm beynəlxalq tədbirin ərəfəsində keçirilir. Azərbaycanın olduqca mühüm COP29 tədbirinə ev sahibliyi edəcəyi və belə bir qərarın məhz anti-terror əməliyyatından sonra verilməsi ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir. Düşmənlərimiz çox istərdi ki, anti-terror tədbirlərini "etnik təmizləmə" kimi qələmə verərək Azərbaycanın əleyhinə böyük kampaniya başlatsınlar. Beynəlxalq qarantiya əsasında, erməniləri kollektiv şəkildə geri qaytarmağa çalışırdılar. COP29-un Azərbaycanda keçirilməsi qərarı isə ölkəmizə qarşı bütün qarayaxma kampaniyalarına böyük zərbə vurdu. Əlbəttə, belə ərəfədə reallaşacaq və beynəlxalq müşahidəçilərin gözü qarşısında baş tutacaq parlament seçkiləri təkcə Azərbaycan üçün yox, həm də bölgə üçün böyük əhəmiyyətə malikdir. Cənubi Qafqazda çox ciddi geopolitik proseslər yaşanmaqdadır".
Analitik qeyd edib ki, ölkəmiz əleyhinə daim gündəmə gətirilən iddialardan biri odur ki, guya Ermənistanda, Gürcüstanda seçkilər demokratik keçirilir, Azərbaycan isə qonşu dövlətlərdən geri qalır:
"O baxımdan parlament seçkilərinin demokratik keçirilməsi, siyasi partiyaların mütləq əksəriyyətinin seçkiyə qatılması olduqca önəmlidir. Budəfəki seçkilər Azərbaycanın demokratik yol tutduğunun növbəti göstəricisi olacaq. Üstəlik, seçkilərdə iştirak edən siyasi partiyaların təmsilçilərinin parlamentdə daha çox təmsil olunması, onların dövlət tərəfindən maliyyələşməsi bir daha sübut edəcək ki, Azərbaycan hakimiyyəti partiyaların yaşamasında və inkişafında maraqlıdır. Güman edirəm ki, Azərbaycanda nəzərdə tutulan parlament seçkiləri həm əhalinin, həm də Azərbaycanın dostlarının gözləntilərinə cavab verəcək. Onların arzuladıqları seçki olacaq. Azərbaycanın bədxahları dövlətimiz əleyhinə fəaliyyətdən məhrum olacaqlar. Seçilən parlament xalqımıza layiq olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat
Sabah 29 dərəcə isti olacaq
12:59 14.10.2026
Ekologiya
Mirzoyan: Azərbaycanla sülh var, Türkiyə ilə sərhəd açıla bilər
12:44 14.10.2026
Gündəm
Lavrov Azərbaycana gəlir
12:41 14.10.2026
Dünya
ABŞ ordusu İranın Hörmüz boğazına nəzarət iddiasını rədd edib
12:29 14.10.2026
Gündəm
Britaniya Ukraynaya raket tədarükünü sürətləndirir
12:11 14.10.2026
Dünya
İranda 63 silahlı qarşıdurma: 94 nəfər öldü
11:38 14.10.2026
Dünya
Polşada ukraynalı qaçqınların sayı kəskin azalıb
11:37 14.10.2026
Dünya