Avropa İttifaqı faktiki olaraq sülh prosesindən kənarda qalıb ki, bu da Rusiyanın maraqlarına uyğundur.
Teleqraf xəbər verir ki, bu barədə məlumat "The Daily Telegraph" qəzetində dərc edilib.
"Avropa İttifaqının ali diplomatı Kaya Kallas Rusiyanın xeyrinə "hədiyyə”dir", çünki onun Ukrayna münaqişəsi üzrə sərt mövqeyi Qərb cəmiyyətində parçalanmaya səbəb olur", - qeyd olunub.
Nəşrin yazdığına görə, Kaya Kallasın Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan inadla imtina etməsi Aİ-ni Ukrayna üzrə sülh danışıqları prosesindən faktiki olaraq kənarlaşdırıb və bu, Rusiyaya danışıqlarda daha əlverişli mövqe tutmağa imkan verib.
Həmçinin bildirilib ki, ABŞ rəsmiləri bir vaxtlar Avropada ən yaxın müttəfiq olan Aİ-nin xarici siyasətinin radikallaşmasından qıcıqlanır və bu prosesi “Estoniyalaşma” adlandırırlar.
Qəzet əlavə edib ki, Kiyev də K.Kallasın döyüş əməliyyatlarını davam etdirmək çağırışlarından narazıdır, çünki onun nə real planı, nə də bunun üçün lazım olan maliyyə dəstəyi mövcuddur.