
Analitik: İrəvan açıq-aşkar zamana oynayır
Yusif Nəzərli
03:00 04.09.2024
Siyasət
351
Ötən zaman da Ermənistanın silahlanmasına və sülhdən qaçmasına xidmət edir
Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır. Bu barədə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib. O, hökumətin bu sənəd üzərində təcili yox, detallı işləyəcəyini bildirib. Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Bakı ilə İrəvan arasında sülh müqaviləsinin yalnız Ermənistan konstitusiyasının dəyişəcəyi təqdirdə imzalana biləcəyini elan edib.
Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov “Sherg.az”a deyib ki, Ermənistan tərəfinin konstitusiya və referendum məsələsini 2027-ci ilədək uzatması onu göstərir ki, İrəvan hökuməti açıq-aşkar zamana oynayır və manipulyasiya edir. Ekspertin sözlərinə görə, artıq ortada sülh məsələsi, danışıqların davam etdirilməsi yoxdur:

"Çünki Ermənistan özü də yaxşı bilir ki, sülh müqaviləsinin imzalanması üçün ən etibarlı və zəruri addım referendumun keçirilməsi, qonşulara ərazi iddiaları yer alan mövcud konstitusiyanın dəyişdirilməsidir. İrəvan fərqindədir ki, bu məsələ həll olmadan sülh sazişinin imzalanması qeyri-mümkündür. Rəsmi Bakı bununla bağlı konkret mövqeyini ortaya qoyub. Hətta hansısa formada sülh müqaviləsi imzalansa belə, Ermənistan konstitusiyasından üstün sənəd sayılmayacaq və istənilən anda asanlıqla pozulacaq. İrəvan hökuməti bəzən sazişi "konstitusiyadan üstün sənəd" kimi təqdim etməyə çalışsa da, reallıq o cür deyil. İndiki vəziyyətdə prinsip etibarı ilə sülh sazişi ilə atəşkəs haqqında bəyannamənin heç bir fərqi yoxdur. Ermənistan konstitusiyasında dəyişiklik edərsə, imzalanacaq sülh sazişi etibarlı və qalıcı olar. Ancaq İrəvan bunu etməyə tələsmir, prosesi yubadır. Ya hansısa kənar dövlətlər Ermənistanı buna məcbur edirlər, ya da Paşinyan hökuməti özü yaranmış vəziyyətdən faydalanmaq niyyəti güdür. Ötən zaman da Ermənistanın silahlanmasına və sülhdən qaçmasına xidmət edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lukaşenko Rusiyaya səfər etdi
19:10 27.08.2026
Dünya
Ərdoğan Tokayevlə danışdı
18:59 27.08.2026
Gündəm
Skott Bessent İranı maliyyə resurslarını xalqa ayırmağa çağırıb
18:35 27.08.2026
Dünya
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya