
Analitik: Rusiya kimi vasitəçinin prosesə müdaxiləsinə qətiyyən imkan vermək olmaz
13:07 11.02.2025
Siyasət
450
Ermənistan və Azərbaycanın danışıqlar masasında üçüncü ölkəyə ehtiyacı yoxdur
Son illərdə Cənubi Qafqazda baş verən geopolitik dəyişikliklər və münaqişələrin inkişafı, xüsusən Ermənistan və Azərbaycanın münasibətlərində ciddi dönüşlərə səbəb olub. Ermənistanın Rusiyaya qarşı bəzi ittihamları, Rusiya ilə olan münasibətlərdəki gərginliyi artırıb. Xüsusilə, 44 günlük müharibədən sonra Rusiya və Ermənistan arasında yaranan anlaşmazlıqlar və geosiyasi maraqların uzlaşmaması, iki ölkə arasındakı münasibətləri daha da çətinləşdirib.
Hadisələrin bu fonda inkişaf etməsi ilə yanaşı Ermənistan parlamentinin spikeri Alen Simonyanın brifinqdə səsləndirdiyi fikirlər, xüsusilə Rusiya ilə münasibətlərin gərginləşməsi və Ermənistanın Qərbə inteqrasiyaya yönəlməsi mövzusunda ciddi narahatlıqları gündəmə gətirdi. Bu, həmçinin, Azərbaycan ilə danışıqların davam etdirilməsi və Rusiya ilə olan strateji tərəfdaşlığın gələcəyinə dair mühüm suallar doğurur.
Politoloq Natiq Miri Sherg.az-a açıqlamasında baş verən proseslərin təhlilinə diqqət çəkərək, Cənubi Qafqazdakı geopolitik vəziyyətdən danışıb:

"Ermənistan iddia edir ki, guya, Rusiya 44 günlük müharibədə onu müdafiə etməyib və Qarabağı "nimçədə" Azərbaycana təqdim edib. Hansı ki, 44 gün ərzində hər gün bir neçə təyyarənin Rusiya hava limanlarından Ermənistan hava limanlarına endiyi haqqında konkret faktlar mövcuddur. Üstəlik müharibənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərqərar olmadan bitməsi də bilavasitə Rusiyanın əməlidir. Naxçıvanda təxribat xarakterli vertolyot vurulması sıradan bir hadisə deyildi. Məhz vertolyot vurulandan dərhal sonra, həmin gecə danışıqlar başladı. Bu hadisədən sonra atəşkəs sənədi olan 10 noyabr sənədi ortaya çıxdı.
Vasitəçilik məsələsi təkcə Ermənistanın marağında olan məsələ deyil. Bu eyni zamanda Azərbaycanın da istəyidir. Məhz buna görə bu gün danışıqlar yalnız ikili müstəvidə davam edir.
Danışıqların ikili müstəvidə aparılması Azərbaycan xarici siyasətinin ən böyük uğurlarından biridir. Çünki hər hansı üçüncü tərəf prosesdə iştirak edərsə, bu zaman onların geosiyası maraqlarını uzlaşdırmaq məcburiyyəti yaranacaq. Ən azından Ermənistan-Azərbaycan bundan xilas oldular. Ona görə də Ermənistan parlamentinin spikeri Alen Simonyanın dediyində nisbətən gerçək var.
İstər Rusiya, istərsə də başqa bir güc mərkəzini, hər hansısa bir vasitəçiliyi Azərbaycan istəmir. Azərbaycan və Ermənistan artıq sübut edib ki, danışıqlar masasında da müəyyən məsələlərdə anlaşa bilirlər. Ən azından sərhədlərin müəyyənləşməsi ilə bağlı qəbul olunan bir reqlamanet sənət var ki, artıq hər iki dövlətin parlamentində ratifikasiya olunub. Eyni zamanda sərhəddin 12-13 km-i artıq demarkasiya və delimitasiya edilib.
Bu məsələlərlə paralel kommunikasiyaların açılması məsələsi var ki, burada da anlaşılması mümkün olmayan məsələlər yoxdur. Eləcə də Rusiyanın iştirakına da heç bir ehtiyac yoxdur. Rusiya növbəti dəfə prosesə müdaxilə etmək istəməklə özünün geosiyasi maraqlarını təmin etmək və Cənubi Qafqaz ölkələrinə təsir imkanları yaratmaq istəyir".
Ekspert iki ölkə arasında hər hansısa bir vasitəçiyə ehtiyac olmadığını söyləyib:
"Ermənistan hökumətinin bu gün Azərbaycan və Türkiyəyə möhtac olduğu bir zamanda Rusiya kimi hansısa vasitəçinin prosesə müdaxiləsinə qətiyyən imkan vermək olmaz. Çünki Ermənistan Qərbə inteqrasiyaya qərar verib. Hökumət bunu təsdiq edib.
Əslində Nikol Paşinyanın Fransa səfərinin əsas ağırlığı da təxminən bu kontekstə idi ki, Avropa Birliyinə üzvülüklə bağlı perspektivi Makronla müzakirə etsin. Çünki ayın 11-də parlamentdə müzakirə predmeti olacaq sənədlə bağlı qərar qəbul etməmişdən əvvəl Ermənistanı Avropada hansı vəziyyətin gözlədiyi ilə əlaqəli bütün narahatlıqları tamamilə aradan qaldırmaq istəyi var. Bu məsələdə də Ermənistana əsas havadarlıq edən dövlət Fransadır. Qərbə inteqrasiya xətti bu gün Türkiyə olmadan mümkün deyil. Türkiyə ilə sərhədlər bağlı olduğu müddətdə Ermənistanın belə bir perspektivi yoxdur".
Politoloq sonda Ermənistanın Rəsmi Ankara ilə münasibətləri tənzimləmək və bütün sərhədləri açmaq üçün mütləq mənada Azərbaycanla sülhə ehtiyacının olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm
Arıqlamağa mane olan 3 böyük səhv
05:47 06.07.2026
Maraqlı
Azərbaycanlı gənc Polşada göldə boğuldu
04:27 06.07.2026
Hadisə
Rusiyada kanat yolunda 16 nəfər köməksiz qaldı
03:27 06.07.2026
Hadisə
Norveçə məğlub olan Braziliya DÇ-2026 ilə vidalaşıb- YENİLƏNİB-5
02:19 06.07.2026
Futbol
Muzeydən 4 milyonluq zərgərlik məmulatları oğurlandı
01:57 06.07.2026
Hadisə