Analitik: "Rusiya silah gücünə Cənubi Qafqaza sahiblənmək imkanlarını itirib"
08:54 18.12.2023
Siyasət
353
"Qərb Rusiyanın Qafqazdan qovulması üçün bütün imkanlardan istifadə edir"
"Rusiya və Ermənistanın vaxtaşırı təmasları münasibətlərin bərpa edilməsinə xidmət edir".
Bu barədə "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.
Ekspert bildirib ki, Nikol Paşinyanın hakimiyətə gəlişindən sonra zədələnmiş qarşılıqlı etimadın bərpası Rusiyaya daha çox lazımdır:
"Ermənistanın indiyə qədər Rusiyanın ətəyindən möhkəm tutmasının əsas səbəbi Qarabağı özününkiləşdirmək arzusu idi. Bu xəyallar puç olduqdan sonra Paşinyan daha çox Ermənistanın türk hövzəsində yaşaması üçün yollar aramağa çalışır. Nəyə görə Ermənistanın deyil, məhz Paşinyanın istədiyini yazıram, çünki, İrəvanda radikal türk düşmənçiliyi edən təşkilatlar kifayət qədər çoxdur. Həmin qüvvələrin sayəsində erməni xalqı kütləvi psixoz vəziyyətinə salınaraq idarəolunan aqressiv kütləyə çeviriliblər. Bunun nəticəsində Ermənistan cəmiyyəti ağır xəstəliyə tutulub. Özündən razı, dünyada "ən üstün xalq" yalanlarına inandırılmış hay xalqı əsatir və əfsanələr üzərindən uydurulmuş tarixin əsirinə çeviriliblər".
Politoloq vurğulayıb ki, iki ölkə atrasında münasibətlərin bərpası Rusiyanın yenidən Qafqazda söz sahibi olmaq istəyindən irəli gəlir:
"Ukrayna və Suriyada mümkün qədər daha çox əzilən Rusiya ordusu günü gündən zəifləyir. Rusiya artıq silah gücünə Cənubi Qafqaza sahiblənmək imkanlarını itirib. Avropa və ABŞ Rusiyanın Qafqazdan qovulması üçün bütün imkanlardan istifadə etmək istəyirlər. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini Qərbin anlayışla qəbul etməsi daha çox Rusiyanın Cənubi Qafqaz ölkələrinə təsir dairəsinin məhdudlaşdırılmasına hesablanıb. Rusiyanın gələcəkdə regionda tərədaş ölkə statusunu qazanmaq üçün isə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bu dəhliz İran və Gürcüstanın ürəyincə olmasa da, Türkiyə və Rusiya kimi fövqəldövlətlər maraqlarına uyğun olması prosesin davam etdirilməsinə əngəl olmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol