
Analitik: Toivo Klaar reallıqları anlayır
Yusif Nəzərli
12:17 02.03.2024
Siyasət
698
Azərbaycan və Ermənistan arasında sülhün bağlanması Avropa Birliyi ölkələrinə də fayda gətirəcək
“Aİ missiyasını geri çəkməklə Azərbaycana qarşı xoş niyyətini isbat etməyə borcludur”
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib ki, Azərbaycan-Ermənistan arasında imzalanacaq sülh təkcə tərəflərə deyil, AB ölkələrinə də fayda gətirəcək. Onun sözlərinə görə, sülh Avropa, Mərkəzi Asiya və Çin arasında nəqliyyat dəhlizinin etibarlılığını təmin edəcək: "Belə bir addım AB-yə Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirən nəqliyyat dəhlizinin fasiləsiz fəaliyyət göstərəcəyinə inam yaradacaq. Bu halda AB, həmçinin Birliyin regionda iştirakını göstərmək üçün Ermənistandan yerləşdirilən mülki müşahidəçi missiyasını da geri qaytara biləcək”. Klaar əlavə edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzərində iş bu il başa çatdırıla bilər: “Uzun illər bu proses üzərində işləyən biri kimi əminəm ki, bu il buna nail olmaq olar. Uzunmüddətli sülhün bərqərar olması üçün bütün tərəflər üçün ədalətli bir razılaşma əldə etmək lazımdır”. Klaar qeyd edib ki, Bakı və İrəvan kontekstində artıq bağlanmış sazişlərə, o cümlədən 1991-ci ildə Almatı bəyannaməsi imzalanan zaman Azərbaycan və Ermənistan SSR arasında demarkasiya xətləri əsasında sərhədlərin delimitasiyasına arxalanmaq lazımdır: “Sazişdə insanların və malların, o cümlədən Ermənistanın cənubundan Azərbaycanın əsas hissəsindən Naxçıvana keçməsi üçün sərhədin açılması nəzərdə tutulmalıdır. AB sərhədləri açmaq və Ermənistanla nəqliyyat əlaqələrini bərpa etməklə sülhə töhfə vermək üçün müstəsna imkana malik Türkiyənin roluna böyük əhəmiyyət verir".
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülhün bağlanmasının Avropa Birliyi ölkələrinə də fayda gətirəcəyi fikri həqiqəti əks etdirir. Analitikin sözlərinə görə, Avropanın təhlükəsizlik problemləri yaşadığı bir məqamda Avropa Birliyi Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu bəyanatı xüsusi əhəmiyyət kəsb edir:
"Azərbaycan-Ermənistan sərhədində "mülki müşahidəçi" missiyası adı ilə fəaliyyət göstərən Aİ missiyasının fəaliyyətindən narazıdır. Bakı bunu öz maraqlarına zidd fəaliyyət hesab edir. Azərbaycan Avropa rəsmisinin belə bir bəyanatını konstruktiv və sülh addımları üçün ümidverici kimi qəbul edir. AB-nın son dövrlər qeyri-konstruktiv addım və bəyanatları fonunda gərginliyi azaltmaq yolunda vacib bəyanat kimi dəyərləndirir. Sülhün olmasında Azərbaycan tərəfi öz fikrini dəfələrlə bildirib, bunda maraqlı olduğunu 44 günlük müharibənin nəticəsinə baxmayaraq, təklif etdiyi beş şərtlə bəyan edib. Sülhdən yayınanın Ermənistan tərəfi olduğunu nəzərə alaraq hesab edirik ki, Aİ daha çox Ermənistanla iş aparmalıdır. Azərbaycan isə qalib tərəf kimi öz şərtlərinin yerinə yetirilməsini gözləyir, hansı ki bu şərtlərə Ermənistan imza atıb".

Ekspert vurğulayıb ki, Aİ missiyasının geri çağrılacağı xəbərini xoş qarşılasaq da, bunun Azərbaycanın üzərinə hansısa tələblərin qoyulması şərtilə edilməsini qəbul etmərik:
"Aİ bu missiya ilə Azərbaycana qarşı hörmətsizlik edir. Ona görə də missiya tezliklə geri çağırılmalıdır. Azərbaycan bu missiyanı özünə qarşı inamsız yanaşan bir təşkilatın fəaliyyəti kimi görür. Odur ki, Aİ missiyasını geri çəkməklə Azərbaycana qarşı xoş niyyətini isbat etməyə borcludur.
Azərbaycan bu xoş niyyəti cavabsız qoymaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq