
Analitik: Xankəndidəki yarış siyasi proseslərin həllini dünyaya bəyan edən QƏLƏBƏ çaları idi
13:31 22.12.2023
Siyasət
415
"Dekabrın 21-də Azərbaycan xalqı və dünya ictimaiyyəti tarixi hadisəyə şahidlik etdi. Belə ki, Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı.
2020-ci ildə Vətən müharibəsi ilə başlayan Qarabağ Zəfəri bu ilin sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatları nəticəsində Azərbaycanın mütləq Qələbəsi ilə yekunlaşdı. Beləliklə, ərazi bütövlüyümüz və bütün ölkə ərazisində suverenliyimiz tam təmin edildi. Hazırda isə bütün Qarabağ bölgəsində Azərbaycanın Dövlət Bayrağı dalğalanır".
Bu sözləri dünənki tarixi hadisə barədə “Sherg.az”a açıqlama verən siyasi şərhçi Elmir Səftərov söyləyib:
“Sözügedən hadisə sadəcə bir idman yarışını özündə ehtiva etmirdi, həm də mürəkkəb siyasi proseslərin həllini dünyaya bəyan edən Qələbə çaları idi. Bir vaxtlar separatçılarının özünküləşdirmək istədiyi, dünyaya erməni idman mədəniyyətinin bir dəyəri kimi təqdim edilən stadiona artıq öz sahibləri qayıdıb. Bir vaxtlar Xankəndi stadionunda Ermənistana məxsus, separatizmi əks etdirən bayraqlar, atributlar asılmışdısa, bu gün onlar sözün həqiqi mənasında, “Miatsum” ideologiyası ilə birlikdə tarixin zibilliyinə atıldı.
Cari ilin mayın 28-də Laçından separatçılara səslənən Prezident İlham Əliyev onlara xəbərdarlığında yeganə çıxış yolunu göstərmişdi: “Bu, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq və “parlament”i buraxmaqdır”. Təxminən 4 ay sonra isə xəbərdarlıq praktiki addımlarla əvəz olundu. Nəticə isə göz qabağındadır. Həm Vətən müharibəsi, həm də ondan sonrakı dövrdə Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar Ermənistanla, onun himayədarlıq etdiyi qanunsuz silahlı birləşmələrlə ancaq onların başa düşdüyü dildə danışmaq lazım olduğunu göstərdi. Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər qandallanaraq Bakıya gətirildi. Həmin şəxslər bir vaxtlar öz himayədarlarına güvənərək Azərbaycana meydan oxuyurdu. İndi isə onlar acizanə şəkildə etdikləri cinayətlərlə üzləşdirilir. Saxlanılanların Ermənistanla əlaqələri onu deməyə əsas verir ki, həmin şəxslər məxfi məlumatlara sahibdirlər. İstər itkin düşmüş azərbaycanlıların taleyi, istərsə də mina xəritələrinin təxmini yeri ehtimal olunan məsələlər sırasındadır”.

E.Səftərov işğaldan azad edilmiş digər bölgələrimizdə olduğu kimi Xankəndidə də önəmli tədbirlərin, beynəlxalq konfransların, mədəni tədbirlərin və idman yarışlarının keçirilməsinə futbol matçı ilə start verildiyini bildirib:
“Fəaliyyətə başlayacaq Xankəndi Universiteti Qalib Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda erməni cinayətlərinin dünya ictimaiyyətinə elə separatçıların bir vaxtlar olduğu yerdən elmi tədqiqatlarla, yazılan məqalələrlə çatdırılmasına imkan verəcək. Həmçinin universitetdə xarici tələbələrin də təhsil almasına şərait yaradılacağını ehtimal etmək olar. Bu da Azərbaycan həqiqətlərinin təbliğində böyük rol oyanacaq və düşmənə göz dağı olacaq. Digər bir məsələ isə Xankəndiyə qayıtmaq istəyən ermənlərin Qarabağ Universitetində Azərbaycan dilində təhsil alması, Zəfər tariximizin öyrənilməsi, dövlətçilik ənənələrimizi mənimsəməsi gələcək perspektivlər baxımından böyük əhəmiyyət kəsb edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region