
Avropa dövlətləri təhlükəsizliyini əsasən Avropada axtarır - ŞƏRH
08:24 26.08.2025
Siyasət
382
Ukraynanın müdafiəsi, əslində, Avropanın özünü qorumasının bir üsuludur
Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl elan olunmamış səfərlə Kiyevə gəlib. DPA agentliyinin məlumatına görə, Klinqbely Almaniyanın mümkün sülh prosesində Ukraynaya ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək niyyətini bəyan edib: "Uzunmüddətli sülhə nail olmaq üçün etibarlı təhlükəsizlik zəmanətləri zəruridir".
Vitse-kanslerin sözlərinə görə, Berlin beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir və müvafiq məsuliyyəti öz üzərinə götürməyə hazırdır.
Səfər zamanı Lars Klinqbeyl Ukrayna hökumətinin nümayəndələri, Ali Radanın deputatları, vətəndaş cəmiyyətinin nümayəndələri ilə danışıqlar aparmağı planlaşdırır. Görüşlər zamanı tərəflər vəziyyətin həllinə və regionda sabitliyin təmin olunmasına kömək edə biləcək mümkün dəstək formatları və şərtləri müzakirə ediblər.
Qeyd edək ki, Norveçin Baş naziri Yonas Gar Störe Ukraynaya səfər edib. Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı baş nazir Yonas Qahr Stör Norveçin Ukraynanı tərk etməyəcəyini bildirib: “Norveçin Ukraynaya yüksək səviyyədə dəstəyi 2025-2026-cı illərdə də davam edəcək. Bura 8,45 milyard dollar da daxildir. Bu məbləğ Nansen proqramı çərçivəsində parlament tərəfindən ayrılması üçün təklif ediləcək. Ümid edirəm ki, biz bu dəstəyi qoruyub saxlaya biləcəyik”. Baş nazir həmçinin qeyd edib ki, qışda Ukrayna enerji resurslarının çatışmazlığı ilə üzləşə bilər: “Buna görə də biz avropalı tərəfdaşlarımızla birlikdə qaz təchizatını və ehtiyatların toplanmasını maliyyələşdiririk".
Xatırladaq ki, ötən gün NATO-nun Baş katibi Mark Rütte Ukraynada səfərdə olub və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Volodimir Zelenski Rütte ilə görüşü barədə özünün “X” hesabında məlumat verib: “Bu gün NATO Baş katibi Mark Rütte ilə görüşdə Ukraynanın və Avropanın təhlükəsizliyini gücləndirmək, eləcə də müharibənin sonlandırılması üçün növbəti addımlar barədə müzakirələr apardıq”. Onun sözlərinə görə, ABŞ silahlarının alınması üçün Avropa ölkələri artıq Ukraynaya 1.5 milyard dollar veriblər.
Ukraynaya qəfil səfərləri şərh edən politoloq Samir Hümbətov Sherg.az-a açıqlamasında deyib ki, Avropa ölkələrinin Ukrayna məsələsində həssas davranmasının bir sıra əsas səbəbləri mövcuddur:

“Birincisi, bu, təhlükəsizlik məsələsi ilə birbaşa bağlıdır. Xüsusən də Böyük Britaniya və digər Avropa ölkələri Ukraynanın müdafiəsinə dəstək verərkən, bu dəstəyin öz milli təhlükəsizliklərinə də bir zəmanət kimi qiymətləndiriləcəyini nəzərə alırlar. ABŞ ilə aparılan son görüşdən sonra Avropa dövlətləri arasında bir əminlik yaranıb ki, əgər onlar öz təhlükəsizliklərini qorumaq istəyirlərsə, Ukrayna üzərindən göstərilən dəstəyi davam etdirməlidirlər. Başqa sözlə, bu prosesə fəal şəkildə qoşulmaq və Ukraynanın qarşı-qarşıya olduğu təhdidləri zəiflətmək, onların öz sərhədlərindəki təhlükəsizliyi təmin etmək üçün zəruridir”.
S.Hümbətov qeyd edib ki, Rusiyanın təhdidlərinin yaratdığı gərginlik fonunda, Avropa ölkələri üçün Ukraynanın dayanıqlılığı yalnız regional deyil, həm də qlobal təhlükəsizlik məsələsi kimi dəyərləndirilir:
“Ukraynanın müdafiəsi, əslində, Avropanın özünü qorumasının bir üsuludur. Bu baxımdan, Ukraynaya verilən silah-sursat və maliyyə yardımları sadəcə humanitar və ya siyasi dəstək deyil, həm də Avropa ölkələrinin strateji maraqlarının təmin olunması istiqamətində atılan addımlardır.
Avropa liderlərinin Ukraynaya ard-arda səfərlərinin arxasında duran əsas səbəb də məhz özlərinin təhlükəsizlik maraqlarını təmin etməkdir. Bu təminat da daha çox silah-sursat və maliyyə yardımlarından keçir. Yəni səfərlər həm siyasi, həm də hərbi koordinasiyanın gücləndirilməsi, həm də Ukraynaya daha çox silah, texnika və maliyyə dəstəyi təmin etmək məqsədini daşıyır. Avropa dövlətləri hesab edir ki, Ukraynanın döyüş qabiliyyətinin artırılması birbaşa onların öz təhlükəsizliyinə təsir edir və Rusiyanın regiondakı təhdidlərini məhdudlaşdırmağa xidmət edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya