“Avropa Ermənistanın ikili oyun oynadığını göstərir və...”
Banuçiçək Kalbalıyeva
08:46 12.06.2020
Siyasət
741
“Başa düşür ki, müharibənin başlanması Cənubi Qafqaz üçün ciddi təhlükədir”
“Ona görə də Ermənistana bu cür çağırışlar edir”
Ötənlərdə Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar.
Sənəddə göstərilir ki, tərəflərin səmimi danışıqlara dəvət olunması çağırışının ünvanı da məhz Ermənistandır. Çünki beynəlxalq ictimaiyyət də danışıqlarda maraqlı olduğunu iddia edən, lakin işğal olunmuş ərazilərdə qeyri-qanuni əməliyyalar həyata keçirən rəsmi Yerevanın sözü ilə əməlinin bir-birinə tərs mütənasib olduğunu müşahidə edir.
Bəyanatda qeyd olunanlarla bağlı “Sherg.az”a danışan politoloq Elxan Şahinoğlunun fikrincə, bu, tam təbiidir:
“İndiyə kimi müxtəlif beynəlxalq sənədlərdə Ermənistanın haqsız mövqeyi qeyd olunub. Həmin fakt bu bəyanatda da vurğulandı. Çünki Ermənistanın sözü ilə əməli üst-üstə düşmür. Düşmən dövlət bir tərəfdən sülh istədiyini desə də, digər tərəfdən təxribatlardan əl çəkmir. Dağlıq Qarabağda keçirilən inaqurasiya mərasimi, həmçinin üçüncü yolun çəkilişi bunu sübut edir. Avropa da Ermənistanın ikili oyun oynadığını göstərir və başa düşür ki, müharibənin başlanması Cənubi Qafqaz üçün ciddi təhlükədir. Ona görə də Ermənistana bu cür çağırışlar edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya