
Avropa savaş yox, sülh masası istəyir -ŞƏRH
23:16 13.03.2024
Siyasət
465
ABŞ əlini çəksə, Ukrayna öz torpaqları ilə vidalaşmalı olacaq
AB-nin Ermənistan, Moldova və hətta Afrika da daxil olmaqla, hər yerdə tətbiq etdiyi “anti-Rusiya geosiyasi optikası”na təkcə Ukrayna deyil, digər ölkələrə də yüz minlərlə həyat bahasına başa gələcək. Bu sözləri BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın bu qurumdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib. Polyanski qeyd edib ki, AB, əlbəttə ki, hər cür yolla özünü sülhməramlı və vasitəçi kimi göstərməyə çalışır, hətta Ukraynaya münasibətə də bu cür don geyindirməyə çalışır. Bəs AB bu ölkədəki münaqişənin bitməsini istəyirmi?”. O, bu sualı “əsas mənbəyə”, yəni şuranın iclasında iştirak edən AB diplomatiyasının rəhbəri Jozep Borrellə yönəltməyi təklif edib: “2023-cü ilin iyununda Qərbin Ukraynaya hərbi dəstəyini dayandıracağı təqdirdə Ukraynadakı münaqişənin bir neçə həftə ərzində bitəcəyini etiraf etdikdən sonra Borrell qeyd etdi: “Məsələ bu müharibəni bitirməkdə deyil, onu necə bitirməkdədir”. Yəni AB Ukraynada dolayı yolla da olsa, mahiyyətcə müharibə edən tərəf kimi münaqişənin həllinə deyil, onun vasitəsilə Rusiyaya maksimum ziyan vurmağa, ən yaxşı halda isə strateji məğlubiyyətinə nail olmağa çalışır”.
Roma Papası Fransisk də Ukraynaya “ağ bayraq qaldırmağı və danışıqlar aparmağı” təklif edib. O bildirib ki, Ukrayna münaqişəsində uduzan tərəf bunu etiraf etmək üçün özündə cəsarət tapmalı və danışıqlara razı olmalıdır. Papa deyib ki, vəziyyəti görən, insanları düşünən, ağ bayraq qaldırıb danışıqlar aparmağa cəsarəti olan daha güclüdür. O qeyd edib ki, bu gün beynəlxalq güclərin köməyi ilə danışıqlar aparmaq olar: "Danışıqlar" sözü cəsarətdir. İşlərin yolunda getmədiyini görəndə cəsarətlə danışıqlar aparmaq lazımdır. Vaxtında danışıqlar aparın, vasitəçi kimi çıxış edəcək hansısa ölkəni axtarın". Ukrayna Prezidenti Volodimir Zelenski Roma Papası Fransiskin təklifinə cavab verib: "Rusiya qatilləri Avropaya yalnız ona görə getmirlər ki, onları əllərində silah, mavi-sarı bayraq altında ukraynalılar dayandırırlar. Ukraynada bir vaxtlar evlərin və kilsələrin çoxlu ağ divarları var idi, indi onlar rus mərmiləri tərəfindən yandırılır və dağıdılır. Və bu, müharibəyə son qoyulması üçün kimin dayanmalı olduğunu çox gözəl deyir".
Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov “Sherg.az"a deyib ki, Ukraynanın Rusiya ilə müharibəni dayandırması Avropa ölkələrinin yox, ABŞ-nin mövqeyindən asılıdır. Ekspertin sözlərinə görə, ABŞ müharibədən əlini üzərsə, Ukrayna öz torpaqları ilə vidalaşmalıdır:

"Ukrayna haqlı olaraq bunu istəmir. Torpaqlarını mümkün qədər geri qaytarmaqla ən azından neytrallıq statusunu təklif edə bilər. Rusiya da Krımı vermək istəmir. Amerika vaxt qazanmaq üçün Ukraynanı yenidən silahlandırmaqla, təlim keçməklə Rusiyanın üzərinə göndərə bilər. Bu ehtimal da var. Amma Rusiya özü də silahlanır, Şimali Koreyadan, İrandan və başqa ölkələrdən silahlar alır, hətta özü satdığı silahları belə geri almağa başlayır. Qərb sadəcə olaraq anlayır ki, Ukraynanı tamamilə tək qoymaq olmaz, çünki bu, sadəcə Kiyevin yox, kollektiv Qərbin itirməsi deməkdir. Finlandiyanın, İsveçin NATO-ya daxil olması nəyisə dəyişmir. Bilirlər ki, Rusiyanın Ukraynadan sonra növbəti hədəfi Moldova, Rumıniya və yaxud Polşa və Baltikyanı ölkələr ola bilər. Bu da əslində, yavaş-yavaş Avropada təhlükəsizlik arxitekturasının zədələnməsi deməkdir. Həmçinin Avropa ölkələrinin ABŞ-yə etimadının azalmasıdır. Hazırda Avropa İttifaqı ona görə "savaş yox, masa" deyir ki, Avropa ölkələri iqtisadi baxımdan, xüsusən enerji məsələsində müəyyən çətinliklər yaşayır. Rusiya ilə müharibənin onlara fayda vermədiyini düşünürlər. Ona görə də bu cür addımlar atırlar. Məncə, Avropa İttifaqı nə desə də, son qərarı ABŞ və Ukrayna verərəcək. ABŞ-nin təhriki ilə müharibə ya davam edəcək, yaxud sonlanacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil
Qayınanası Pünhana 1 kilo yarım qızıl taxdı - VİDEO
15:42 02.10.2026
Şou
“1 milyon 100 min vətəndaşın pensiyası artacaq” - Vüqar Bayramov
15:33 02.10.2026
Sosial
İnsanlar mağazaya daxil olanda daha ucuz mala qaçır - SƏBƏB?
15:17 02.10.2026
İqtisadiyyat