Avropalı qonaq Tbilisidən əliboş qayıtdı
Turan
07:40 20.03.2021
Siyasət
633
Anlaşa bilməyən siyasi qütbləri daha gərgin günlər gözləyir
İndi ölkədə həm iqtidar, həm də müxalifət öz işini Saakaşvili üzərində qurmağa çalışır
Gürcüstanda siyasi böhranın aradan qaldırılması üçün vasitəçi olan Aİ-nin xüsusi nümayəndəsi Kristian Danielson heç bir nəticə əldə etmədən Tbilisini tərk edir. Onun sözlərinə görə, bir həftə ərzində aparılan danışıqlar uğursuz nəticələnib. Tərəflər nəinki heç bir razılaşma imzalamayıb, həmçinin əsas məsələlər üzrə mövqelərini yaxınlaşdırmağa belə müvəffəq olmayıblar.
Danielson ötən gün 9 saatdan çox davam edən görüşdən sonra bildirib ki, bəzi məsələlərlə bağlı konsensus əldə etmək mümkün olmayıb. Dialoqda müxalifətin əsas tələblərindən biri Vahid Milli Hərəkat Partiyasının həbsdə olan sədri Nika Meliyanın azadlığa buraxılması olub. Müxalifətçilər danışıqların uğursuzluqla yekunlaşmasına görə hakim “Gürcü arzusu”nu günahlandırıb. “Gürcü arzusu”nda isə hesab edirlər ki, müxalifət hakimiyyətlə razılığın əldə edilməsinə hazır deyil.
Qonşu ölkədəki gərginliyi “Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu vurğulayıb ki, Gürcüstanda daxili siyasət daima gərginliklə müşayiət edilib. Lakin əksər hallarda gürcülər ortaq məxrəcə gələ biliblər:
“Bu gün Gürcüstanda Saakaşvilidən başqa güclü siyasi lider yoxdur. Elə buna görə də, həm iqtidar, həm də müxalifət öz işini Saakaşvili üzərində qurmağa çalışır. İqtidar ölkənin başlıca problemlərində sabiq prezidenti ittiham edir. Müxalifət isə Gürcüstanın ən yaxşı günlərinin onun vaxtına təsadüf etdiyini deyir.
Bütün bu müzakirələr Saakaşvilinin hakimiyyətə qayıda bilmək ehtimalını gücləndirir.
Sabiq prezident ölkəyə qayıdarsa, Gürcüstanda gərginlik arta bilər. Ən əsası isə Gürcüstanın Rusiya ilə münasibətləri daha da korlanar. Ancaq unutmaq olmaz ki, Mixail Saakaşvili dövrünün bitməsi Moskva-Tiflis münasibətlərini keçmişdəki kimi "isti məcraya" qaytara bilmədi”.
A.Rəşidoğlunun qənaətincə, bütün bunlara baxmayaraq, Qərbin Gürcüstanda həyata keçirdiyi “Saakaşvili layihəsi” uğurlu oldu:
“Qısa müddət ərzində ölkədəki korrupsiyaya son qoyan Saakaşvili, işsizlik problemini həll etməklə yanaşı, dövlətin uzun illərdən bəri əhaliyə olan əməkhaqqı borclarını ödəyə bildi. Bir sözlə, Saakaşvili bir örnək idi. Qərblə inteqrasiyanın üstünlüklərini MDB məkanına göstərmək üçün həyata keçirilən bir layihə idi.
Odur ki, Qərbin Gürcüstanda özünə yeni dəstək axtarışında olduğunu ehtimal edə bilərik. Vahid Milli Hərəkat Partiyasının həbsdə olan sədri Nika Meliyanın azadlığa buraxılması da məhz Qərbin təzyiqi ilə baş verdi. Bu baxımdan, Gürcüstanda milli birliyin əldə edilməsini ehtimal etmək çətindir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə