
Aydın Sezer: İmamoğlu CHP-nin prezidentliyə namizədi olacaq
13:49 17.02.2025
Siyasət
631
Açılan davalar da əslində onun nüfuzunu gücləndirir
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu yanvarın 27-də keçirdiyi mətbuat konfransında CHP bələdiyyələrinə qarşı aparılan araşdırmalarda ekspert təyin edilən şəxsin adını açıqlamışdı. Bu açıqlamadan sonra İmamoğluna qarşı “müəyyən araşdırmalara cavabdeh eksperti hədəfə alaraq ədliyyə məmuruna təsir göstərməyə cəhd” maddəsi ilə istintaq başladılıb. Artıq faktla bağlı ittiham aktı tamamlanıb. İttiham aktında İmamoğlunun 2 ildən 4 ilə qədər həbsi tələb olunub. Qeyd edilib ki, ittiham aktı məhkəməyə təqdim olunacaq və qəbul olunarsa, məhkəmə prosesi başlayacaq. Xatırladaq ki, başqa bir ittiham aktında isə bələdiyyə sədrinin 7 il 4 aya qədər həbs olunması tələb edilib.
Türk siyasətçi və yazar Aydın Sezer “Sherg.az”a bildirib ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu son seçimlərdə AKP-nin namizədinə qalib gəldi:

“Əkrəm İmamoğlu ilk günlərdən etibarən Türkiyə prezidentliyinə namizəd olmaq üçün fəaliyyətə başladı və bunu açıq şəkildə söylədi. Böyük ehtimalla Əkrəm İmamoğlu CHP-nin gələcəkdəki prezidentliyə namizədi olacaq. Eyni zamanda onun qarşıdakı prezident seçkilərində qazanmaq ehtimalı olduqca yüksəkdir. Belə olduğuna görə də hökümət İmamoğluya qarşı məhkəmə şikayəti başladıb. Əslində İmamoğlu ilə bağlı verilən məhkumluq qərarı da mövcuddur. Amma həmin qərar hələ müzakirə mərhələsindədir. Son iki hadisəni isə İmamoğlunun ictimaiyyət qarşısında günahkar göstərilməsinə hesablanmış siyasi addım kimi dəyərləndirilə bilər. Hakimiyyət İmamoğlunun prezidentliyə namizədliyinin qarşısını hər vasitə ilə əngəlləməyə çalışır. Ancaq proseslərin hansı yöndə olacağı haqqında qeyri-müəyyənlik var. Həmçinin İmamoğluya qarşı açılan davaların onun nüfuzunu gücləndirdiyi və siyasi olaraq fayda verdiyi də söylənilir. Dolayısı ilə Türkiyədə qəribə məhkəmə prosesi aparılır. Qarşıdakı günlərdə belə məhkəmə prosesləri daha da çoxalacaq”.
Oxşar xəbərlər
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Siyavuş Novruzov: Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür
13:16 11.11.2026
Xəbər lenti
Hamısına bax
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm
Daxili Qoşunların keçmiş komandanına ağır itki
13:37 12.11.2026
Hadisə
Generalın qızı hakim qarşısına çıxarılır
13:27 12.11.2026
Hadisə
Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
12:52 12.11.2026
Mədəniyyət
Valentina Matviyenko Ermənistana xəbərdarlıq etdi
12:50 12.11.2026
Dünya
Sabah 20 dərəcə isti olacaq
12:31 12.11.2026
Ekologiya