Ayxan Hacızadə: Dəfələrlə vurğulamışıq ki, Zəngəzur dəhlizi Ermənistanın suverenliyinə qarşı yönəlmiş addım deyil
14:23 07.11.2025
Siyasət
349
"Azərbaycanın Şərqi Zəngəzur bölgəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən dəhlizlə bağlı Azərbaycanın mövqeyi prinsipial olmaqla yanaşı, hüquqi əsaslara və regional əməkdaşlıq maraqlarına söykənir. Məlumdur ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndinə əsasən Azərbaycan ərazisinin qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz hərəkət təmin edilməlidir".
Bunu APA-ya müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
"Biz dəfələrlə vurğulamışıq ki, Zəngəzur dəhlizi Ermənistanın suverenliyinə qarşı yönəlmiş addım deyil. Məqsəd yalnız beynəlxalq hüquqa və əldə edilmiş razılaşmalara uyğun şəkildə maneəsiz tranzit əlaqəsi yaratmaqdır. Hesab edirik ki, Zəngəzur dəhlizi regionun iqtisadi inteqrasiyasına və Orta Dəhliz çərçivəsində əlavə marşrutların formalaşmasına xidmət edəcək.
8 avqust Vaşinqton Sammitinin mühüm nəticələrindən biri Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP-dir. Birgə Bəyannamədə regionda kommunikasiyaların açılması çərçivəsində, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb", - XİN rəsmisi qeyd edib.
Ayxan Hacızadənin sözlərinə görə, ABŞ tərəfindən müvafiq nəqliyyat infrastruktur layihəsinin həyata keçirilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi və maneəsiz keçidin təmin edilməsi istiqamətində danışıqlar ABŞ-la Ermənistan arasında aparılır və tikinti işlərinə nə zaman başlanacağı hələlik məlum deyil: "Ancaq nəzərə alsaq ki, bu marşrut Azərbaycanın iki bölgəsini birləşdirəcək, ölkəmizin prinsipial mövqeyi həm ABŞ tərəfinə, həm də Ermənistan tərəfinə bildirilib.
Vaşinqton razılaşmalarına uyğun olaraq, sentyabrın 5-də Azərbaycan və Ermənistan Baş nazirlərin müavinlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri Azərbaycan və Ermənistan ərazilərinə qarşılıqlı səfər ediblər. Ərazidə nəqliyyat yolları və infrastruktur ilə tanış olublar. Bu dəhlizin qısa müddətdə açılmasında maraqlıyıq".
Ayxan Hacızadə onu da qeyd edib ki, bununla yanaşı, Qars-İğdır-Dilucu marşrutu üzrə 224 kilometrlik dəmir yolunun tikintisi istiqamətində əhəmiyyətli bir layihənin, strateji dəyəri olan yeni bir dəmir yolu layihəsinin əsası qoyulduğu məlumdur.
"Hesab edirik ki, bu layihələrlə regionun logistika potensialı genişlənəcək və geostrateji əhəmiyyəti daha da artacaq", - o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi