
Azərbaycan Avropa üçün cəlbedici tərəfdaşdır - Millət vəkili
11:43 02.06.2023
Siyasət
1143
"Bunu şərtləndirən əsas məqamlardan biri də ölkə başçımızın strateji və praqmatik baxışlarıdır"
"Artıq ikinci dəfədir ki, "Avropa siyasi birliyi"nin Zirvə toplantısı keçirilir. Daha əvvəl adıçəkilən görüş Çex respublikasında baş tutdu".
Bunu "Sherg.az"a millət vəkili, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu iyunun 1-də Moldovada “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısının keçirilməsini şərh edərkən deyib. Deputat diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti həm birinci, həm də ikinci Zirvə toplantısında iştirak edib:

"Avropa İttifaqına (Aİ) üzv olan 10 dövlətlə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bu gün ölkəmiz Avropanın enerji bazarında xüsusi rol və çəkiyə malikdir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında dövlətimiz əlahiddə əhəmiyyət kəsb edir. Avropa rəsmiləri dəfələrlə Azərbaycanla enerji sahəsindəki əməkdaşlıqda maraqlı olduqlarını səsləndiriblər. Ölkəmizi etibarlı tərəfdaş hesab edirlər. Avropada Cənab İ.Əliyevə böyük ehtiram və etimad mövcuddur. Avropa dövlətlərinin liderləri hər zaman Prezidentimizin sözünü imzası qədər keçərli, etibarlı hesab edirlər. Azərbaycan Cənubi Qafqaz regionunda olduqca mühüm həm enerji, həm də nəqliyyat layihələrinin təşəbbüskarı, eyni zamanda iştirakçısı rolunda çıxış etməkdədir. Avropa həm enerji, həm də logistika və nəqliyyat baxımından Azərbaycanın imkanlarından yararlanmaqda maraqlıdır. Orta Dəhliz layihəsi Avropa bazarlarının təchizatında olduqca təsirli rol oynayacaq. Bu dəhlizin reallaşdırılmasının mərkəzi iştirakçısı da məhz Azərbaycan Respublikasıdır. Bu baxımdan Avropa ölkəmizlə bundan sonra da əməkdaşlığın daha da genişləndirilməsində çalışacaq. Azərbaycan hər zaman ədalətli mövqedən çıxış edir, öz milli maraqlarına uyğun müstəqil siyasət yeridir. Bu reallığı da Avropa məkanında qəbul etdirib. Enerji və nəqliyyat layihələrimiz bütövlükdə Avrasiyada sözügedən istiqamətdə yeni bir xəritə formalaşdırır. Ona görə də təbii ki, Azərbaycan Avropa üçün cəlbedici tərəfdaşdır. Bunu şərtləndirən əsas məqamlardan biri də ölkə başçımızın strateji və praqmatik baxışlarıdır".
Qeyd edək ki, iyunun 1-də Moldovada “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb. Sammitdə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin və Avropada ölkələrarası əlaqələrin gücləndirilməsi mövzularında müzakirələr aparırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alimlərdən maraqlı iddia: 21 gün gülümsəyin, beyniniz dəyişsin
12:44 23.07.2026
Sağlamlıq
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm