
Azərbaycan-İsrail münasibətlərinin daha da inkişaf etmə perspektivləri var -ŞƏRH
09:56 25.07.2025
Siyasət
507
Son illərdə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və siyasi təsir gücü, onun qlobal və regional səviyyədə önəmli aktora çevrilməsinə səbəb olub.
Xüsusilə Yaxın Şərqdə baş verən proseslər fonunda Azərbaycanın həm Suriya, həm də İsraillə yaxşı münasibətləri onun bu iki ölkə arasında vasitəçilik təşəbbüslərini həyata keçirməsinə şərait yaradıb.
İsrailin Azərbaycandakı səfiri Corc Dik də jurnalistlərin sualını cavablandırarkən Azərbaycanın Yaxın Şərq regionunda mühüm rol oynaya biləcəyini və artıq oynadığını bildirib.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında Azərbaycanın artan nüfuzu və İsrail-Suriya, həmçinin İsrail-Türkiyə münasibətlərindən söz açıb:

"Azərbaycan son illərdə beynəlxalq məkanda öz nüfuzunu və təsir gücünü ciddi şəkildə artırıb. Həmçinin Azərbaycan qlobal proseslərə ciddi şəkildə təsir göstərə bilən və öz siyasi iradəsini qəbul etdirməyi bacaran bir dövlətə çevrilib. Ona görə də o həm qlobal məkanda, həm də regional proseslərdə avanqard rolunu oynayan bir dövlət olaraq, bəzi önəmli taleyüklü proseslərdə vasitəçi rolunu da oynayabilir. Hazırda Azərbaycan Suriya ilə münasibətlərini maksimum həddə çatdırıb. Eyni zamanda Azərbaycanın İsraillə də çox yaxın strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ona görə də rəsmi Bakı Suriya və İsrail arasında baş verən qarşıdurmalarda, ziddiyyətlərdə vasitəçilik misiyasını yerinə yetirmək imkanlarına malikdir. Bu imkanlardan da istifadə olunur".
Ekspert İsrail və Suriya arasındakı böhranın Azərbaycanın vasitəçilik misiyası üzərindən həll oluna biləcəyini söyləyib:
"Bu istiqamətdə Bakıda bir neçə görüş keçirilib. Suriya lideri də Azərbaycana səfər edib. Eyni zamanda İsrailin yüksək rütbəli təmsilçiləri də Azərbaycanda səfərdə olublar, İsrail və Suriya arasında görüşlər keçirilib. Müəyyən irəlləyişlərin olduğu haqqında da məlumatlar var. Eyni zamanda Azərbaycan Türkiyə və İsrail arasındakı ziddiyyətlərdə vasitəçilik rolunu oynayır. Artıq bir dəfə Türkiyə-İsrail münasibətləri Rəsmi Bakının vasitəçiliyi ilə nizamlandı. Ancaq sonradan yenidən bu iki dövlət arasında münasibətlər korlandı. Azərbaycan Türkiyə ilə strateji müttəfiq münasibətlərinə malikdir. Bu baxımdan Azərbaycan hər iki ölkə arasında münasibətlərinin normallaşdırılmasında önəmli rol oynayabiləcək imkanlara sahibdir".
Politoloq Azərbaycan-İsrail münasibətlərinin daha da inkişaf etmə ehtimalının kifayət qədər yüksək olduğunu qeyd edib:
"Nəzərə almaq lazımdır ki, İsrail və Amerika Birləşmiş Ştatları Azərbaycanın "İbrahim sazişləri"nə qoşulmasında israrlı mövqə tuturlar. Hazırda bu proses davam etməkdədir. İsrail Azərbaycanı özünə strateji tərəfdaş və dost ölkə kimi görür və Azərbaycan da eyni ilə belə bir mövqəyə malikdir. Bu baxımdan yaxın gələcəkdə Azərbaycan və İsrail münasibətlərində hər hansı bir problemin olacağı gözlənilmir. Əksinə, Azərbaycan və İsrail münasibətlərinin daha da inkişaf etmə perspektivləri kifayət qədər inandırıcı xarakter daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya