Azərbaycan Prezidentinin köməkçisi: DSK və məntəqə seçki komissiyalarına normal iş şəraiti yaradılmalıdır
07:46 10.07.2024
Siyasət
292
2024-cü ilin sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ölkəmizin həyatında keçiriləcək ən böyük ikinci tədbirdir.
“Sherg.az”-ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Zeynal Nağdəliyev Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyətindən bəhs edib: “Prezident İlham Əliyevin qətiyyəti sayəsində ölkəmizin bütün ərazilərində suverenlik bərpa edilib. Azad olunmuş ərazilərə 6 rayon üzrə 7762 nəfər üzvü olan ailələr köçürülüb. Bu dəfə isə orada seçicilərin daha yaxşı səs verə bilməsi üçün daha 8 seçki məntəqəsi yaradılıb. DSK və məntəqə seçki komissiyalarına normal iş şəraiti yaradılmalıdır. Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyası bu günlərdə yeni binaya köçürülüb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual