Azərbaycan XİN Atatürkün vəfatının ildönümü ilə bağlı paylaşım etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Mustafa Kamal Atatürkün vəfatının ildönümü ilə əlaqədar paylaşım edib.

Sherg.az xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün, qardaş Türkiyə Respublikasının qurucusu, Qazi Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümüdür. Əziz xatirəsi qardaş xalqlarımızın yaddaşında əbədi yaşayan böyük dövlət xadimi, sərkərdə və siyasətçi Mustafa Kamal Atatürkün əziz xatirəsini dərin hörmət ilə anırıq".