Azərbaycan XİN-dən Ermənistana CAVAB
Azərbaycan XİN-dən Ermənistana CAVAB
Yusif Nəzərli
06:22 11.04.2022
Siyasət
396
“Ermənistan XİN-in növbəti əsassız, hüquqazidd, düşmənçilik dolu bəyanatını rədd edir, iki dövlət arasında normallaşma addımlarının atılması qərarları verildiyi bir vaxtda Ermənistan tərəfinin dağıdıcı mövqeyini qətiyyətlə qınayırıq”.
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.
“1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq, bu insanların 30 ilə yaxın fundamental hüquqlarını kobudcasına pozan, hərbi təcavüz zamanı çoxsaylı hərbi cinayətlər törədən, o cümlədən 613 mülki şəxsi Xocalıda bir gecədə vəhşicəsinə qətlə yetirən, hələ 90-cı illərin əvvəllərində itkin düşən və bir hissəsinin kütləvi məzarlıqları indi tapılan 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı cavabdehlik daşıyan və törətdiyi çoxsaylı cinayətlərə görə bu günədək məsuliyyətdən yayınan Ermənistan tərəfi hansı əsasla kütləvi qətldən, etnik təmizləmədən danışır?!
Ermənistan XİN-in Azərbaycan ərazisində separatçılığı təşviq edən, beynəlxalq hüquqa zidd olaraq digər dövlətin daxili işlərinə müdaxilə olan, bölgədə sülh quruculuğu səylərinə xələl gətirən bu bəyanatı qarşı tərəfin əsl niyyətinin normallaşma və sülh şəraitində birgə yaşayış olmadığını nümayiş etdirir. Ermənistanın seçimindən asılı olmayaraq, Azərbaycan öhdəliklərinə və beynəlxalq hüquqa uyğun olaraq, beynəlxalq sərhədləri çərçivəsində inkişaf və tərəqqiyə doğru addımlarını davam etdirəcəkdir”, - nazirlikdən bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual