Azərbaycan XİN: "Türkiyə-Ermənistan təmaslarının başlanmasını dəstəkləyirik"
Yusif Nəzərli
13:11 15.01.2022
Siyasət
677
"Türkiyənin təşəbbüskarı olduğu Türkiyə-Ermənistan təmaslarının başlanmasını alqışlayırıq, dəstəkləyirik".
"Report"un xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq qəbul edilmiş birgə bəyanatlar və o bəyanatlarda əksini tapmış razılaşmaların yerinə yetirilməsinin alternativi yoxdur: "Bu gün region sülh və sabitlik istiqamətində inkişaf etməlidir. Bu məqsədlərə xidmət edən yeganə üsul region ölkələri arasında münasibətlərin normallaşdırılması, düşmənçiliyin kənara atılması, ölkələr arasında etimadın gücləndirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, kommunikasiyaların açılması və dövlətlər arasında əməkdaşlıq mühitinin formalaşmasından keçir. Ona görə də bu gün Türkiyənin təşəbbüskarı olduğu Türkiyə-Ermənistan təmaslarının başlanmasını alqışlayırıq, dəstəkləyirik. İnanırıq ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması da Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının şərtindən keçir".
Bölgədə sülhün, sabitliyin yaranması üçün bu prosesə bütün region ölkələrinin dəstək verməli olduqlarını söyləyən nazir müavini deyib: “İlk növbədə bu, erməni xalqının, daha sonra regionun digər ölkələrinin və xalqlarının mənafeyinə, maraqlarına cavab verir. Ona görə də bu prosesləri davam etdirmək lazımdır və təbii ki, biz bu prosesi dəstəkləyirik. Bunun davamlı olması, etimadın daha da gücləndirilməsi üçün ölkələr arasında kommunikasiyalar açılmalıdır, əlaqələr bərpa olunmalıdır, normallaşdırılmalıdır. Birmənalı olaraq düşmənçilik əhval ruhiyyəsi, düşmənçiliyə yönəlmiş ideologiya basdırılmalıdır, gündəlik həyatdan çıxarılmalıdır, bundan imtina edilməlidir. Əgər Ermənistan bu gün düşmüş olduğu ağır sosial, iqtisadi, siyasi böhrandan çıxmaq istəyirsə, təbii ki, o, regionda apardığı, indiyə qədər sərgilədiyi münasibətləri və siyasəti dəyişməli, xoş niyyət nümayiş etdirməli, normallaşmağa getməli, düşmənçilikdən imtina etməli, ölkələrin bir-birinə qarşı etimadını qazanmalıdır. Bu etimadın bərpa olunması üçün ölkələr bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlıq məsələlərinə sadiqliyini göstərməlidir. Bütün bunlar baş verməsə bu prosesi irəli aparmaq əlbəttə çətindir.
Lakin Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi və məqsədlənmiş dialoqun başlanmasını alqışlayırıq. Ümid edirik ki, bu dialoq nəticəsində, ümumiyyətlə, regionda münasibətlərin sağlamlaşması daha da güclənəcək və Azərbaycan-Ermənistan arasında normallaşma sürətlə gedəcək. Həmçinin, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi sürətlənəcək və daha da uğurlu olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol