Azərbaycanın qələbəsini şərtləndirən əsas amillər- Politoloq
08:45 26.09.2021
Siyasət
779
"27 sentyabr 2020-ci ildən etibarən 44 gün davam edən II Qarabağ müharibəsində Azərbaycanın qələbəsini şərtləndirən bir çox amillər olmuşdur".
Bu fikirləri "Şərq"ə açıqlamasında
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov deyib.
O qeyd edib ki, bunu hərbi-siyasi-sosial-iqtisadi olmaqla aşağıdakı kimi izah etmək olar:
"Türkiyənin regional və beynəlxalq geosiyasi rolunun, hərbi-siyasi nüfuzunun artması, Azərbaycanla strateji səviyyədə müttəfiqliyini genişlənməsi, birgə hərbi təlimlər keçirməsi, açıq siyasi dəstəyini bəyan etməsidir. İkincisi, Rusiya-Türkiyə arasında münasibətlərin normallaşmasının, birgə razılığın əldə edilməsinin nəticəsi olaraq II Qarabağ müharibəsində Rusiyanın neytral mövqedə qalması, Emənistana açıq dəstək verməkdən imtina etməsidir. Azərbaycan Ermənistandan fərqli olaraq ordusunu təkcə Rusiya istehsalı deyil, həm də İsrail, Türkiyə və digər ölkələrin ən son nailiyyətləri olan, yüksək dəqiqliyə malik silah və texnikalarla: pilotsuz üçüş aparatları, raketlər, havadan müdafiə sistemləri ilə təchiz etməsi qələbəni şərtlərdəndən əsas amillərdən idi. Ermənistanın zəif və xarici donorların maddi yardımları hesabına formalaşmış iqtisadiyyatından fərqli olaraq Azərbaycanın daha sabit, özünü maliyyələşdirən iqtisadiyyata, valyuta ehtiyatlarına sahib olması müharibəni lazımi səviyyədə və daha uzun müddətə davam etdirməyə imkan verdi. Azərbaycan ordusunun gözləntilərin əksinə olaraq fərqli taktiki gedişlər, müasir hərbi manevrlərdən istifadə etməsi ilə ciddi zərbələr endirməsi Ermənistanda sosial-psixoloji gərginliyin artırmasına, ordu ilə siyasi rəhbərlik arasında çaşqınlığın yaranmasına təsir göstərdi. Azərbaycan ordusunun mərd, peşəkar, vətənpərvər milli hərbçilərdən ibarət olmasının əksinə olaraq Ermənistan ordusunun muzdlulardan, terrorçu qruplardan formalaşması müharibənin gedişində fərariliyin artmasına və döyüşdən imtina hallarının genişlənməsinə gətirib çıxardı. İşğalçı, şovinist, terrorçu düşüncəsinin hakim olduğu erməni cəmiyyətindən fərqli olaraq Azərbaycan xalqının öz doğma torpaqlarını azad etmək, ənənəvi düşmənə zərbə endirmək əzmi, cəsarəti, həmrəyliyi, imanı, ordumuzun ətrafında birləşməsi qələbənin taleyini həll etdi.
Ümumilikdə, Azərbaycan dövləti regional və beynəlxalq geosiyasi vəziyyəti, beynəlxalq hüququn ona verdiyi üstünlüyü, Ermənistandakı siyasi hakimiyyətin mövqeyini, region dövlətlərinin təsir imkanlarını düzgün dəyərləndirməklə hərbi-siyasi gücündən, kütləvi informasiya vasitələrindən, təbliğat-təşviqat texnologiyasından düzgün və effektiv istifadə etməsi qələbəni təmin etmiş oldu".
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm